525.Az

Obama mərcdə iki yeşik pivə uduzub


 

Obama mərcdə iki yeşik pivə uduzub<b style="color:red"></b> ABŞ Prezidenti Barak Obama mərcdə Belçikanın Baş naziri Elio di Rupoya iki yeşik pivə uduzub.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, onlar 2014-cü il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində öz ölkələri arasında keçirilmiş oyuna hesab veriblər.

Matç öncəsi Baş nazir B.Obamanı "Twitter" səhifəsindən 2 yeşik pivədən mərcə girməyə çağırıb. ABŞ
Prezidenti çağırışı qəbul edib, amma görüş 2:1 hesabı ilə belçikalıların xeyrinə başa çatdığına görə mərci
uduzub.

Sentyabrın 12-də ABŞ-ın Belçikadakı səfirliyi rəsmi "Twitter" səhifəsində iki yeşik Amerika pivəsinin Baş nazirə çatdırıldığını açıqlayıb.
 





15.09.2014    çap et  çap et