525.Az

Roqozinin Bakıda səsləndirdiyi rəqəm rəsmi rəqəmlə üst-üstə düşmür


 

Roqozinin Bakıda səsləndirdiyi rəqəm rəsmi rəqəmlə üst-üstə düşmür<b style="color:red"></b>

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıda səsləndirdiyi rəqəmlə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatı üst-üstə düşmür.

Media forum-un xəbərinə görə, sentyabrın 15-i Bakıda Azәrbaycanla Rusiya arasında iqtisadi әmәkdaşlığa dair hökumәtlәrarası komissiyanın 14-cü iclasında danışan Roqozin deyib ki, 2013-cü ildә iki ölkә arasında әmtәә dövriyyәsi 3,6 milyard dollar tәşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytında isə göstərilir ki, 2013-cü ildə Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Dövriyyədən 1,5 milyardı idxal, 1 milyard dolları isə ixrac təşkil edib.

 





15.09.2014    çap et  çap et