525.Az

Poroşenko separatçılara güzəştlər paketi təklif etdi


 

Poroşenko separatçılara güzəştlər paketi təklif etdi<b style="color:red"></b>

Ukrayna prezidenti Pyotr Poroşenko bir hissəsi separatçı qüvvələrin əlində olan Donetsk və Luqansk vilayətlərində üç illik xüsusi qaydalar tətbiqini təklif edib.

“Media forum” saytı xəbər verir ki, Poroşenko müvafiq qanun layihəsini sentyabrın 15-də Ali Radaya göndərib.

Layihəyə əsasən, qanun qəbul olunan gündən üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur, ərazilərdə şəhər, qəsəbə, kənd şuralarının qərarı ilə xalq milisi dəstələrinin yaradılması yer alır. Yerli orqanlara seçkilərin 2014-cü il noyabrın 9-da keçirilməsi məsləhət görülür.

Dövlət Donetsk və Luqanskda baş vermiş hadisələrin iştirakçılarına qarşı təhdid, cinayət təqibi və inzibati cəzaların tətbiq olunmayacağına zəmanət verir.

İctimai və şəxsi həyatda, rus dili və ya istənilən başqa dilin istifadəsi hüququ tanınır, Donbas bölgəsinin sosial-iqtisadi inkişafına Ukraynanın dəstəyi vəd olunur.

Sənəd Rusiya Federasiyasının inzibatı vahidləri ilə sərhədyanı saziş əsasında mehriban qonşuluq münasibətlərinin güclənməsi və dərinləşməsini də nəzərdə tutur.

 





15.09.2014    çap et  çap et