525.Az

“YouTube”dan yenilik - istifadəçilər videolara internetsiz baxa biləcək


 

“YouTube”dan yenilik - istifadəçilər videolara internetsiz baxa biləcək<b style="color:red"></b>

Google sahibi olduğu məşhur video platforması “YouTube” qarşıdakı həftələrdə istifadəçilərinə böyük bir jest edəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən böyük video platforması “YouTube”da artıq videolar offlayn olaraq da izlənilə biləcək.

Onlar artıq videoları internetə bağlı olmadıqda belə izləyə biləcək. İlk etapda Hindistanda tətbiq olunacaq, “YouTube”un yeni xüsusiyyətinin Googlun ən ucuz telefonu “Android One”ın ölkədə satışa çıxarılmasından sonra meydana gəlməsi isə diqqətlərdən qaçmadı.

“YouTube”un əməkdaşlarından olan Ceasar Sengupta, mövzuyla əlaqədar etdiyi şərhdə bir neçə həftə içində YouTube videolarının offline olaraq da izlənə biləcəyini, videoları həm telefona, həm də planşet və ya kompüterə yüklənə biləcəyini qeyd edib.   “YouTube”da yerləşdirilən reklamalrın offline rejimdə necə görünəcəyi barədə dəqiq məlumat verilməyib.   

 





15.09.2014    çap et  çap et