525.Az

Bakıda "NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlim kursu başlayıb


 

Bakıda "NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlim kursu başlayıb<b style="color:red"></b> Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlim kursu başlayıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kursda Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, psixoloji əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını zənginləşdirəcək.
 
Kurs ərzində NATO-nun informasiya əməliyyatları ilə bağlı siyasəti, böhranlara cavab əməliyyatlarının mahiyyəti, qanunvericilik baxımından həmin əməliyyatların keçirilməsi prinsipləri, psixoloji əməliyyatlar və media məlumatlarının təhlili, o cümlədən, digər məsələlər barədə təqdimatlar dinləyicilərin diqqətinə çatdırılacaq.

Təlim kursu sentyabrın 18-dək davam edəcək.
 





15.09.2014    çap et  çap et