525.Az

Tələbə Gənclər Təşkilatları İttifaqının yeni layihəsi- “X+Y=Z”


 

Tələbə Gənclər Təşkilatları İttifaqının yeni layihəsi- <b style="color:red">“X+Y=Z” </b>

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Rəssamlar” işçi qrupu gəncləri öz ətrafında daha sıx birləşdirmək üçün “X+Y=Z” layihəsini təqdim edir.

525.az-ın məlumatına görə, 2 mərhələdən ibarət olacaq layihənin əsas məqsədi gənclər arasında günü-gündən məşhurlaşan foto sənəti haqda onları məlumatlandırmaq, bu sənətin keçmişi və bu günü haqda bir çox məqamlara aydınlıq gətirməkdir.

Layihənin I mərhələsində bu həftənin şənbə günü (10 noyabr) ATGTİ-nin qərargahında gənclər üçün foto sənəti haqda bir sıra tanınmış fotoqrafların iştirakı ilə geniş seminar keçiriləcək. II mərhələdə isə layihə iştirakçıları arasında öncədən seçilmiş mövzulara aid fotomüsabiqə olacaq. Bir həftə davam edəcək müsabiqənin sonunda 3 ən yaxşı fotoşəkil sahibləri ATGTİ tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, layihəyə qoşulmaq istəyən gənclər öz CV-lərini ATGTİ-nin “Rəssamlar” işçi qrupunun rəhbəri Zərifə Mammədovaya  ([email protected]) göndərə bilərlər.

 





08.11.2012    çap et  çap et