525.Az

Son 10 ildə Azərbaycanda nə qədər məktəb inşa olunub?


 

Son 10 ildə Azərbaycanda nə qədər məktəb inşa olunub?<b style="color:red"></b>

Son 10 il ərzində prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən bir sıra dövlət proqramlarının, Heydər Əliyev Fondunun “Yeni Azərbaycana yeni məktəb” layihəsinin icrası çərçivəsində Azərbaycanda 2900-ə yaxın məktəb inşa edilib, bərpa olunub, əlavə korpusların tikintisi həyata keçirilib.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, yalnız 2013/2014-cü tədris ili üzrə yeni inşa olunan, bərpa edilən, əsaslı təmir-bərpa olunan məktəblərin sayı 200-dən artıqdır.

Nazir müavini qeyd edib ki, məktəb tikintisi, quruculuğu sahəsində geniş miqyaslı işlər görülüb və bu işlər növbəti ildə də davam etdiriləcək:

“Düşünürük ki, qısa müddət ərzində təmirə ehtiyacı olan məktəblər tam təmir olunaraq şagird və müəllimlərin istifadəsinə veriləcək. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bəzi məktəblərin əsaslı təmirinə, bəziləri üçün yeni məktəb binalarının tikintisinə ehtiyac var. Bundan əlavə, Azərbaycan dinamik inkişaf edir, yeni qəsəbələr salınır.

Təbii ki, həmin qəsəbələrdə yeni məktəb binalarının tikintisinə ehtiyac var və həyata keçiriləcək”.

 





16.09.2014    çap et  çap et