525.Az

Azərbaycandakı 12 adda optik cihaz istehsal olunur


 

Azərbaycandakı 12 adda optik cihaz istehsal olunur<b style="color:red"></b> Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Alov» zavodu silahlı qüvvələrin və güc strukturlarının optik cihazlara olan tələbatını ödəmə imkanına malikdir.
 
Bunu APA-ya açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin «Optika-Mexanika» İstehsalat Birliyinin direktoru Kamal Əsgərov bildirib.
 
K. Əsgərovun sözlərinə görə, hazırda müəssisədə 12 adda optik cihaz istehsal olunur. Bunların da əksəriyyəti Azərbaycanda yaradılıb və istehsal olunmaqdadır.
 
K. Əsgərov ADEX-2014 sərgisi çərçivəsində Türkiyənin ASELSAN şirkəti ilə birgə istehsala dair niyyət protokolu imzaladıqlarını da bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi müəssisə Azərbaycan Silahlı Qüvvələri və digər təhlükəsizlik qurumlarının modernləşdirilməsində ASELSAN şirkəti ilə birgə çalışacaq.
 





16.09.2014    çap et  çap et