525.Az

Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ var


 

Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ var<b style="color:red"></b>

Təəssüf ki, son zamanlar boşanmaların sayı sürətlə artır. Boşanma prosesi heç hər zaman sakitliklə ötüşmür. Tərəflər arasında bir çox problemlər mübahisələr yaranır. Boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri aliment məsələsidir. Bəs uşaqların saxlanılması üçün aliment hansı məbləğdə alınmalıdır bu məbləğ artırıla ya azaldıla bilərmi?

Bu barədə Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası İsrafil Əlili bildirib ki, Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə Məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir: "Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə aliment verməyə borclu olan valideynin qazancı  qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın  hamısını, yaxud bir hissəsini həmin valideyn natura ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı ya digər gəliri yoxdursa, alimentin valideynin qazancından  müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində ya eyni zamanda həm sabit pul məbləğində, həm Ailə Məcəlləsinin 76- maddəsinə uyğun olaraq gəlirin müəyyən hissəsi kimi müəyyən edilə bilər".

Hüquqşünasın sözlərinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İ.Əlili əlavə edib ki, Ailə qanunvericiliyi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan məbləğn miqdarı da qeyd olunub: "Belə ki, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir  uşağa görə qazancın   valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 daha çox uşağa görəyarısı".

İ.Əlili deyib ki, yuxarıda göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə maddi vəziyyəti, eləcə diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla artırıla bilər. Belə ki, şəxs alimentin miqdarının dəyişdirilməsini tələb edə bilər. Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ  Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunub. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər onlardan birinin ailə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər.

Məhkəmə işə baxarkən tərəflərin maddi ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin ya onlardan birinin başqa nikaha daxil olması s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər.

"Məsələn, vətəndaş yeni nikaha daxil olubsa bu nikahdan övladı varsa, onda nikah haqqında şəhadətnaməni həmin nikahdan olan uşağınızın doğum haqqında şəhadətnaməsinin əslini ya təsdiqlənmiş surətini əlavə etməlidir ya əmək haqqında azalma olmuşdursa, yerindən əmək haqqının azalması barədə arayışı təqdim etmək lazımdır. Yaxud, işdən çıxıbsa heç bir yerdə işləmirsə, onda işdən çıxarılma barədə Əmrin, əmək kitabçasının işsizliyə görə qeydiyyata alınma barədə arayışın əslini ya surətini məhkəməyə vermək lazımdır".

PƏRVANƏ

 





16.09.2014    çap et  çap et