525.Az

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya hansı rolu oynaya bilər?


 

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya hansı rolu oynaya bilər?<b style="color:red"></b>

Bu il iyul ayının 31-dən avqustun 1- keçən gecə ermənilərin kəşfiyyat-təxribatçı qruplarının Ağdam Tərtər rayonları ərazilərində qoşunların təmas xəttini keçmək cəhdləri, eləcə avqustun 1-dən 2- keçən gecə Ağdam-Ağdərə cəbhə xəttindəki Azərbaycan postlarına hücumları məğlubiyyətlə nəticələndi. Düşmən çoxlu itgilər verərək geri çəkilməyə məcbur oldu. Əyani şəkildə Azərbaycan əsgərinin hərbi gücünün şahidi olan ermənilər təşvişə düşdülər. Ermənistan rəhbərliyi tez-tələsik ATƏT-in Minsk qrupuna, bir çox beynəlxalq təşkilatlara, ABŞ prezidentinə müraciətlər edərək, onları Azərbaycanın erməni təxribatına verdiyi cavabı dayandırmağa çağırdı.

Baş verlənlər bir çox beynəlxalq təşkilatları dünyanın aparıcı dövlətlərini ciddi narahat etdi. ABŞ, Fransa, Böyük Britaniya dövlətləri, BMT, Avropa İttifaqı, ATƏT digər beynəlxalq təşkilatlar qoşunların təmas xəttində baş vermiş hadisələrdən narahat olduqları barədə bəyanatlar verdilər, açıq şəkildə bildirdilər ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli hərbi yolla qeyri-mümkündür, bu münaqişə yalnız sülh yolu ilə həll edilməlidir".

Azərbaycanın hərbi gücünün getdikcə artdığını görən dünya birliyi anlayır ki, münaqişənin hərbi yolla həllinə imkan verilsə, Azərbaycan qısa zamanda öz torpaqlarını azad edəcək. Lakin dünyanın aparıcı dövlətləri bu savaşdan Azərbaycanın qalib, Ermənistan isə məğlub çıxmasını istəmir. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etdikdən sonra daha qüdrətli bir dövlətə çevriləcək gələcəkdə indiki kimi heç bir ittifaqa qoşulmayacaq, hazırda yürütdüyu müstəqil xarici siyasəti daha çevik şəkildə davam etdirəcək, hər hansı bir dövlətə onun daxili işlərinə qarışmağa imkan verməyəcək. Bu da, aydındır ki, öz iradəsini həmişə kiçik dövlətlərə diktə etməyə adət etmiş iri dövlətləri qane edə bilməz.

İkincisi, Ermənistanın müharibədə məğlubiyyəti Ermənistan dövləti xalqı üçün fəlakətə çevriləcək, Ermənistanda aclıq səfalət baş alıb gedəcək. Onsuz da hər il yüz minlərlə insanın məcburiyyət qarşısında tərk etdiyi ölkənin yerdə qalan əhalisi çörək dalınca xarici dövlətlərə üz tutacaq. Eyni zamanda, xaricdə yaşayan ermənilər, erməni lobbisi bu məğlubiyyəti böyük bir faciə kimi qarşılayacaq. Erməni diasporu Ermənistanın məğlub edilməsində iri dövlətləri, xüsusilə, Minsk qrupuna daxil olan dövlətləri erməilərə kömək etməməkdə günahlandıracaq ki, bu da həmin dövlətlərə başağrısından başqa yaxşı heç vəd etmir.

Üçüncü səbəb isə, xristian həmrəyliyidir. Əsrlər boyu özlərini müsəlmanlar tərəfindən "sıxışdırılan", "əzilən", bir millət kimi gələmə verən, daim ağlayıb-sızlayan ermənilər, uzun illərdir xristian dövlətlərinin mərhəmətini qazanmağa müvəffəq olub minbir hiyləgərliklə onların qanadı altına sığınıb. Odur ki, bu dövlətlətin himayəsinə güvənən ermənilər, tarix boyu müxtəlif qanlı faciələrin, cinayətlərin təşkilatçısı icraçısı olduqlarına baxmayaraq bir dəfə olsun dünya birliyi tərəfindən cəzalandırılmayıb.

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təşəbbüsüylə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiqi barədə hazırladığı AŞPA-nın üzvü olan 14 ölkədən 58 deputatın dəstəklədiyi qətnamə layihəsi AŞPA-nın büro iclasında müzakirəyə çıxarılmaq əvəzinə, qurumun sədri Ann Brasser Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədər məsləhət verməklə kifayətləndi. Onun məsləhətinə görə, tərəflər münaqişənin həlli ilə bağlı öz fəaliyyətlərini artırmalıdırlar: "... proqress əldə etmək üçün münaqişə tərəfləri arasında etibarlı münasibətlərin formalaşması vacib məsələdir".

Biz azərbaycanlılar əsrlər boyu bütün millətlərlə, bütün qonşularla, o cümlədən ermənilərlə daim mehriban münasibətlər qurmağa, sakit həyat tərzi keçirməyə çalışmışıq. Bizim torpaqlarda  bizimlə yanaşı yaşayan bu millətə daim güzəştə getmiş, etimat göstərmişik. Lakin erməni daşnakları mehribançılığımızdan, ürəyimizin təmizliyindən sui-istifadə edərək həmişə bizə düşmən münasibəti bəsləyib, torpaqlarımızı ələ keçirmək üçün hər fürsətdən istifadə etməyə can atıblar. Erməni-müsəlman münasibətlərinin son bir əsrdəki xronologiyasına nəzər yetirsək, bunu daha aydın görərik: 1918-ci ilin mart ayında, heç bir səbəb olmadan erməni cəlladları müsəlmanlara qarşı soyqırım təşkil etdilər. 1918-ci ilin may ayında torpaqlarımızın bir qismində, o cümlədən İrəvan xanlığında erməni dövləti quruldu. Onlar öz vəhşiliklərini 1920-ci ilin sonlarınadək davam etdirdilər. 1920-ci ilin iyul ayında Fransanın Qafqaz üzrə baş konsulu Damien De Marteleni Fransa XİN-ə göndərdiyi bir məktubda yazır: "İyul ayının sonlarında İrəvanın cənubunda erməni ordusu 40000 sakini olan 25 tatar (azərbaycanlı) kəndinin əhalisini top atəşləri vasitəsilə qovub Araz çayına tökdülər. 4000 nəfər uşaqlı-qadınlı çayda məhv edildi. Onların boşaltdıqları kəndlərdə gəlmə ermənilər məskunlaşdılar".

Ermənilər sovet hakimiyyəti dövründə öz məkrlərindən əl çəkmədilər, fürsət düşdükcə, xüsusilə Dağlıq Qarabağı ələ keçirtməyə çalışdılar. 1921-ci il iyul ayının 4- ermənilərin tələbilə RusiyaK(b)P MK Qafqaz bürosu Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini müzakirə etdi səsçoxluğu ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərar gəbul olundu. Lakin xalqımızın görkəmli oğlu Nəriman Nərimanov bu qərarın elə həmin gün ləğv edilməsinə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına nail oldu. Buna baxmayaraq elə 1921-ci ildə Ermənistan Zəngəzuru, 1929-1931-ci illərdə isə Zəngilan rayonunun Ordubadın bir neçə kəndini Moskvanın əli ilə Azərbaycandan qoparıb öz ərazisinə birləşdirə bildi.

 

Torpaqlarımızı ələ keçirtmək məqsədilə erməni daşnakları 2-ci dünya müharibəsinin başlanmasından da istifadə etməyə can atırlar. "Daşnaksütun" partiyasının rəhbərlərindən biri olan Araratyan hələ 1918-ci ildə müsəlmanları vəhşicəsinə qıran Drastamast Kanonyan (Dro) 1940- ilin yazında Buxarestdə (Rumıniya) payızında Vyanada (Avstriya) alman kəşviyyat orqanlarının rəhbərləri ilə danışıqlar aparırlar. Bu danışıqlar nəticəsində, onlar razılığa gəlirlər ki, ermənilər Sovet ittifaqı, Yaxın Şərq ölkələri almanların maraq dairəsinə daxil olan digər ölkələrbarədə lazımi məlumatları, informasiyaları toplayıb alman kəşfiyyatına ötürür əvəzində isə Sovet İttifaqı ilə müharibə olan halda almanlar ermənilərə "böyük müstəqil erməni dövləti" yaratmaqda köməklik edirlər. Daşnakların planına görə bu müstəqil erməni dövlətinə, Sovet Ermənistanı ilə yanaşı, Türkiyənin şərq hissəsi, Dağlıq Qarabağ onun ətrafındakı ərazilər, eyni zamanda Gürcüstanın Borçalı rayonu da daxil edilməli idi. Lakin faşist Almaniyası məğlubiyyətə uğradığından ermənilərin bu planı da baş tutmur. Buna baxmayaraq ermənilər Dağlıq Qarabağı ələ keçirmək üçün İkinci Dünya Müharibəsi bitdikdən sonra daha bir cəhd edirlər.

1945-ci il noyabr ayının 28- Sovet Dövlətinin rəhbərlərindən biri - Malenkov, Azərbaycan K(b)P MK-nın 1-ci katibi Mir Cəfər Bağırova göndərdiyi məktubda yazırdı ki, Ermənistan K(b)P MK-nın 1-ci katibi Arutyunyan Sovet İttifaqı K(b)P MK- Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin müzakirə edilməsini təklif edir, bu barədə Sizin kimi təklifləriniz var?

M.C.Bağırov cavab məktubunda bildirir ki, bu məsələnin müzakirə edilməsinə etirazımız yoxdur, lakin bizim təklif etdiyimiz aşağıdakı məsələlərdə müzakirəyə çıxarılmalıdır:

1) Ermənistanın Vedi, Əzizbəyov Qarabağlar rayonlarının da Azərbaycana birləşdirilməsi məsələsi;

2) Gürcüstan dövlətinin istəyini nəzərə alıb Balakən, Qax Zaqatala rayonlarının Gürcüstana, əhalisinin əksəriyəti azərbaycanlılar olan Borçalının isə Azərbaycana birləşdirilməsi məsələsi;

3) Vaxtı ilə Bakı quberniyasına daxil olan, hazırda Dağıstan Avtonomiyasının əraziləri hesab edilən Dərbənd Qasımkənd rayonlarının Azərbaycana qaytarılması məsələsi.

M.C.Bağırovun bu cavab məktubu ilə Qorbaçov dövrünədək ermənilərin Dağlıq Qarabağ ərazilərinə olan iddialarına son qoyuldu.

Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirmək imkanından növbəti dəfə məhrum olan ermənilər yeni bir hiyləgər plana əl atırlar; Moskvanın əli ilə azərbaycanlıları Ermənistan torpaqlarından çıxarmaq, boşalmış yaşayış məntəqələrinə gəlmə erməniləri yerləşdirmək.

Onların bu hiyləgərliyi Sovet İttifaqının o zamankı rəhbərlərindən biri olan Mikoyanın köməkliyi ilə baş tutur: 1948-1953- illərdə ermənilər azərbaycanlıların Ermənistandan deportasiya edilməsinə, nəticədə boşalan ərazilərə 10 minlərlə erməninin yerləşdirilməsinə nail oldular. Bununla da daşnaklar tərəfindən etnik təmizlənmənin başlanğıcı qoyuldu.

Ermənilərn bu xain əməllərini tezliklə unutduq, yenə onlara etibar etdik, özümüzdən çox onların qayğısına qaldıq. Çörəyimizin ən yaxşı tikəsini ermənilərə yedirtdik. Ancaq onlar çörəyimizi yedilər, üzümüzə güldülər nəhayət, öz alçaq planlarını həyata keçirdilər. Keçən əsrin 80- illərinin sonunda etnik təmizlənməni başa çatdırdılar, 90- illərin əvvəllərində isə ərazi bütövlüyümüzə təcavüz etdilər.

Dünya ictimaiyyətini çaşdırmaq, daha doğrusu, aldatmaq, öz işğalçı siyasətlərinə bərayət qazandırmaq məqsədilə, ermənilər dünyaya belə bir mif yayırlar ki, güya onlar heç vaxt Azərbaycan torpaqlarını işğal etməyiblər, əksinə, Azərbaycan tərəfindən işğal edilmiş qədim ərazilərinin hələlik bir qismini azad ediblər, qalan qismini azad etmək niyyətindədirlər. Bu mənfur niyyətlərini gələcəkdə həyata keçirmək onu əsaslandırmaq üçün qanlarına hopmuş saxtakarlıqla neçə irlərdir "Böyük Ermənistan"ın xəritəsini hazırlayıb, dünyaya yayırlar. Təkcə 2011-ci ildə ermənilər müxtəlif ölçülü bu xəritələrdən 1400 nüsxəsini dünyanın müxtəlif elmi mərkəzlərinə göndəriblər. Bu xəritələrdə Dağlıq Qarabağ, Naxçıvan, Yevlax, Göranboy, Tərtər digər Azərbaycan torpaqları ermənilərin qədim əraziləri kimi qələmə verilir. Halbuki hələ çar Rusiyasının hərbi topoqraf idarəsi tərəfindən 1903- ildə buraxılan "Cənubi Qafqazın xəritəsi"ni nəzərdən keçirən hər bir kəs düşmənlərin bu uydurmalarının yalan olduğuna tam əmin ola bilir. Bu sənəddən aydın olur ki, 1903- ilədək Cənubi Qafqazda bir dənə olsun erməni toponimi olmayib. Erməni adında çay, dağ, yaşayım məntəqəsi olub. Bu xəritədə göstərilən toponimlərin hamısı Azərbacan türk dillərinə məxsusdur.

Uzun illər gah zor tətbiq etməklə, gah hiyləgərliklə, gah da təcavüz edərək torpaqlarımızın bir qismini ələ keçirmiş xain qonşular indi bu istiqamətdə insanlığa sığmayan yeni lahiyələr işləyib hazırlayırlar.

2014- ilin may ayında Ermənistanın Nazirlər Kabinetinin təzə təyin olunmuş rəhbəri Ovik Abramyan yeni kabinetin proqramını parlamentə təqdim edəndə bəyan etdi ki, Azərbaycanı içməli suvarma sularından məhrum etməyə hazırlaşır. Onun fikrincə, Ermənistanda çoxlu su anbarları inşa etməklə onların ərazilərindən Azərbaycana gedən çayların sularının hamısını bu anbarlara toplayıb ehtiyatda saxlamaqla, bu suların Azərbaycana keçməsinin qarşısını tamamilə ala bilərlər. Ovik Abramyanın dediyinə görə bu suların Ermənistanda saxlanılmasını təmin etmək üçün cəmi 250 milyon dollar vəsait lazımdır. Əgər hər bir erməni ayda 5 dollar bu məqsəd üçün vəsait ayırsa, bu layihəni bir neçə ildə başa çatdırmaq mümkündür.

Ovik Abramyanın bu ideyasını dəstəkləyən erməni politoloqların biri - Levon Melik-Şaxnazaryan isə qeyd edir ki, bununla biz, Azərbaycanı ərzaq təhlükəsizliyindən məhrum edərək, orada sosial gərginliyi kəskin surətdə artıra bilərik. Azərbaycanın Ermənistana yaxın torpaqları suvarma sularından məhrum olduqdan sonra, orada kənd təsərüfatı tənəzzül edəcək. Onun fikrincə, erməni çaylarının sularından tamamilə asılı olan Qazax, Ağstafa, Tovuz, Goranboy, Tərtər, Bərdə, Ağcabədi rayonlarının, eləcə Ağdam Füzulinin bir hissəsinin əhalisi susuz qalan bu torpaqarı tərk edəcəklər.

Aydın məsələdir ki, arxalarında güclü dövlətlərin dayandığını hiss etməsə, düşmən özünü bu qədər həyasız azğın apara bilməz. Keçən əsrin sonlarında SSRİ-nin Rusiyanın dəstəkləri ilə öz alçaq planlarını həyata keçirən ermənilərə, əslində, Qərb ölkələri daim əllərindən gələn köməkliyi əsirgəməyiblər.

Əvvəllər Ermənistana verdiyi dəstəyi bilavasitə açıb-ağartmayan ABŞ, son vaxtlar Dağlıq Qarabağla əlaqədar ermənilərin mövqeyini açıq-aşkar müdafiə edir bildirirlər ki, Azərbaycan ilk növbədə Dağlıq Qarabağ ermənilərinə müstəqillik verməli, yalnız bundan sonra Ermənistan, Laçın dəhlizi istisna olunmaqla, Dağlıq Qarabağın ətrafındakı əraziləri azad edə bilər ("EXO" qəzeti 14 avqust 2014- il, "Rusiyaya qarşı layihələrdə Azərbaycan iştirak etməyə hazırlaşmır" adlı məqalə). Göründüyü kimi, dünyanın ən güclü dövlətlərindən biri olan ABŞ-ın mövqeyi işğalçı dövlətin - Ermənistanın mövqeyi ilə üst-üstə düşür. ABŞ-ın mövqeyinin belə dəyişilməsi istər-istəməz suallar doğurur: ABŞ, Minsk qrupunun digər həmsədr dövlətləri ilə birgə hazırlayıb münaqişə tərəflərinə bir müddət bundan öncə təqdim etdiyi yeniləşdirilmiş Madrid prinsiplərini tez unutdular? Hansı səbəbdən əvvəki mövqeyini tamamilə əks istiqamətdə dəyişdilər? Yoxsa ABŞ-da erməni lobbisinin hakim dairələrə təsiri o qədər güclüdür ki, Cənubi Qafqaz regionunda Vaşinqton sərbəst şəkildə öz siyasətini həyata keçirə bilmir?

Axı yeniləşdirilmiş Madrid prinsiplərində deyilir ki, Ermənistan əvvəlcə 7 rayondan 5-ni azad edir (2 rayonun isə beş ildən sonra azad olunması nəzərdə tutulur). Azad edilən rayonlara Azərbaycan vətəndaşları qaytarılır yalnız bundan sonra Dağlıq Qarabağa müvəqqəti status verilir. Dağlıq Qarabağla Ermənistan arasında Laçın rayonunun ərazisindən keçən dəhliz yaradılır. Eyni zamanda Azərbaycan Ermənistan əhalisinin təhlükəsizliyinin qorunması məqsədilə beynəlxalq sülhməramlı qüvvələr regiona yerləşdirilir.

Bəs oldu? Görunür ki, bu prinsiplər gah nala, gah mıxa vuran Ermənistanın ürəyinə yatmadı. Çünki ermənilərə yalnız yalnız Dağlıq Qarabağda ikinci bir müstəqil erməni dövləti qurmaq lazımdır.

Məlum məsələdir ki, ABŞ onun müttəfiqləri bundan sonra elə bu istiqamətdə, yəni ermənilərin arzularına uyğun olaraq fəaliyyətlərini davam etdirəcək. Bu nəticəyə gəlməyə ABŞ-ın açıq şəkildə işğalçı dövləti dəstəkləmələri yaxın günlərdə ABŞ-ın ən böyük ştatlarından biri olan Kaliforniyada senatın "DQR"in müstəqillyini tanıması barədə qəbul etdiyi qətnamə əsas verir. Aydındır ki, bundan sonra Azərbacan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının Minsk qrupu formatında davam etdirməyin heç bir mənası yoxdur. Odur ki, fikrimizcə, sülh danışıqlarını gələcəkdə Minsk qrupu formatında deyil, yalnız Rusiya dövlətinin vasitəçiliyi ilə aparmaq məqsədəuyğun olardı.

Azərbaycan Ermənistan prezidentlərinin Soçi görüşü zamanı Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öz ölkəsinin xüsusi rol oynaya biləcəyi təklifini irəli sürdü. Azərbaycan bu təklifi qəbul etsə , Ermənistan tərəfi təklifə yox dedi. O qorxdu ki, Rusiyanın xüsusi rolu, son illər Moskva ilə Bakı arasında yaranmış çox isti, mehriban münasibətlər fonunda, Dağlıq Qarabağ münaqişəsinin Bakının xeyrinə həll edilməsinə gətirib çıxara bilər.

Bugünkü Rusiya keçən əsrin 90- illərindəki Rusiya deyil. Əminəm ki, Rusiya kimi qüdrətli bir dövlətə bu münaqişənin həllində xüsusi rol ayrılsa, nəhayət, münaqişə öz ədalətli həllini tapa bilər. Ona görə biz münaqişənin tənzimlənməsi işində Rusiyaya xüsusi rol ayrılmasına nail olmalıyıq.

Əgər Ermənistan Rusiyanın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında da qeyri-konstruktiv mövqe tutub danışıqları pozmağa cəhd göstərmək istəsə, Rusiyanı bu münaqişədə neytral mövqe tutmağa razı salıb, torpaqlarımızı hərbi yolla azad etməliyik. Rusiya kimi nüvə silahına malik bir ölkənin razılığı ilə torpaqlarımızı hərbi yolla azad etməyə başlasaq, bizə heç kimin irad tutmağa haqqı olmayacaq. Çünki əvvəla, biz heç bir ölkənin ərazisinə təcavüz etmirik, yalnız öz ərazilərimizi işğalçılardan azad etmək istəyirik. İkincisi, əgər erməni lobbisinin təhriki ilə ABŞ Avropa İttifaqı ordumuzun keçirdiyi hərbi əməliyatlara müdaxilə etmək fikrinə düşsə, Rusiyanın, eyni zamanda Türkiyənin təsiri ilə onları bu mövqedən daşındırmaq olar.

Rusiya ərazi bütövlüyümüzün təmin edilməsində bizə yardımçı olsa, Azərbaycan öz növbəsində Rusiya ilə tərəfdaşlıq məsələlərində bir sıra güzəştlərə gedə bilər. Təki torpaqlarımız işğaldan azad olunsun. Bundan sonra Azərbaycan hətta Gömrük İttifaqına, Avrasiya İqtisadi İttifaqına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da daxil olsun. Ən azından ona görə ki, adıçəkilən təşkilatlara üzv olmaq gələcəkdə ölkəmizin ərazi bütövlüyünün təhlükəsizliyinin təminatı ola bilər.

Zahiddin ABBASOV 
Azərbaycan Respublikası Veteranlar Şurasının Beynəlxalq əlaqələr Xalqlar arasında dostluq daimi komissiyasının sədri

 





16.09.2014    çap et  çap et