525.Az

ADU yeni tədris ilinə yeni islahatlarla başladı


 

ADU yeni tədris ilinə yeni islahatlarla başladı<b style="color:red"></b>

Azərbaycanda təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi, dövlətin təhsilə diqqət qayğısı bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib. Təhsilə daim böyük önəm vermiş Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlətimizin təhsilə göstərdiyi böyük diqqət qayğısı ildən-ilə artır. Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahədir. Bu səbəbdən bu gün Azərbaycan təhsil sistemində ciddi islahatlar aparılır.  Azərbaycan Dillər Universiteti hər zaman bu islahatların önündə gedən ali təhsil müəssisəsidir.

Azərbaycan Dillər Universiteti 2014-2015-ci tədris ilinə yeniliklərlə qədəm qoyur. Bu tədris ilində ADU-ya qəbul planı yüz faiz həyata keçirilib. Bu il Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinə 1500-ə yaxın tələbə, magistratura pilləsinə isə 200-ə yaxın tələbə qəbulu olub, doktorantura pilləsinə isə tezliklə baş tutacaq qəbulla bağlı müvafiq işlər görülüb. Universitetin bakalavr magistr pilləsinə qəbul göstərir ki, hər il yüksək səviyyədə həyata keçirilən bu proses nəticəsində Azərbaycan Dillər Universiteti Azərbaycan universitetləri içərisində aparıcı təhsil müəssisələrindən birinə çevrilib. Bu isə, Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət qayğının nəticəsidir. Bu tədris ilində ADU tələbələrinin sayı 6000-ni keçib. Göstərilən bu rəqəm qısa zaman kəsiyində universitetdə aparılan islahatların, yürüdülən uğurlu təhsil siyasətinin nəticəsidir. Kredit sisteminin tam tətbiqi, mobilliyin təmin olunması, tələbə yönümlü təhsilin təşkili ilə ADU Avropa standartlarına yaxınlaşmaq istiqamətində görünən addımlar atıb.

Azərbaycan Dillər Universitetinin sahib olduğu geniş imkanlar nəticəsində hər il universitetdə gözəçarpan çox vacib yeniliklər baş verir. Bu yeni tədris ilində universitetdə yeniliklər aparılıb. Belə ki, hər il olduğu kimi, yeni tədris ilində universitetin hər üç korpusunda əsaslı təmir işləri aparılır, hər üç bina maddi-texniki bazası yenilənmiş formada tələbələrin ixtiyarına verilir. Universitetin ikinci korpusunda tədbirlərin, iclasların keçirilməsinə xidmət göstərən, əsaslı təmir nəticəsində tam müasir yeni standartlara cavab verən Akt zalı yenidən istifadəyə verilib. Bu gün ADU öz xarici qonaqlarını böyük fəxr hissi ilə universitetlə, buradakı təhsil sistemi ilə tanış edir. Azərbaycan Dillər Universitetinin ayırdığı maddi vəsait əsasında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə təmir edilib yeniləşmiş, maddi-texniki bazası dəyişdirilmiş, yeni texnologiyalarla, yeni əlavə kommunikasiya imkanları, ən müasir texnika ilə təmin edilmiş 2008-ci ildə açılan İnformasiya Resurs Kompleksi, o cümlədən İnformasiya Resurs Kompleksinin Amerika mərkəzi yenidən istifadəyə verilir. Bu gün Azərbaycan Dillər Universiteti burada fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi "Açıq kitabxana" vasitəsilə kitabxana mühitini, universitetdə kitab fəlsəfəsini ən yüksək səviyyədə həyata keçirən ali məktəb kimi təqdim oluna bilər. İlk dəfə universitet tarixində Azərbaycan Dillər Universitetində məhz İRK-nin nəzdində yeni telestudio açılır. Müəllimlər tələbələr telestudio vasitəsilə ilə universitetin daxilində çıxış edə, öz mühazirə mülahizələrini söyləyə, tələbələrlə söhbət edə, öz sözlərini çatdıra biləcəklər.

Bu tədris ilində tədris binaları ilə yanaşı, ADU-nun tələbə yataqxanası yüksək səviyyəli yaşayış üçün lazım olan hər növ avadanlıqlarla təchiz edilib, sanitar gigiyenik normalara uyğun, ən yüksək səviyyədə təmir edilib tələbələrin istifadəsinə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan təhsil sisteminin adambaşına maliyyələşməsinə keçməsi ilə əlaqədar verdiyi qərar əsasında universitetdə fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əməkhaqları artırılıb. Yüksək səviyyədə işçilərin sosial rifahının yüksəlməsi, onların maddi durumunun yaxşılaşdırılması istiqamətində addım atılaraq maaşlar Azərbaycanda ali məktəblər sırasında ən yüksək səviyyəyə çatdırılıb. Bu gün ADU əməkdaşları 500-1500 AZN arası müxtəlif vəzifələr üzrə əməkhaqqı alırlar. Universitetdə maaşı artırılmayan bir nəfər belə qalmayıb.

ADU-da fəaliyyət göstərən professor-müəllim heyəti yüksək istedadları ilə fərqlənir müxtəlif ölkələrin tanınmış jurnallarında kitabları, məqalələri dərc olunur. Dillər Universiteti bu gün keçirdiyi maliyyə islahatları nəticəsində yüksək səviyyəli, Azərbaycan təhsil sistemini inkişaf etdirən, Azərbaycanı dünyada təmsil etmək imkanına malik olan müəllimləri seçib onları qiymətləndirmək üçün xüsusi şərait yaradır. Bu il ənənəvi olaraq keçirilən yay məktəbindən yüksək nəticələr əldə edən ADU-da ilk dəfə olaraq bu yay məktəbində dərs deyən müəllimlərin saat hesabları yüksək səviyyədə ödənilib. 

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında, digər dövlətlərlə münasibətlərinin yüksəlməsində təhsil sahəsində beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti var. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycanlı gənclərin xarici ölkələrə təhsil almaq üçün göndərilməsi prosesi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir dəstək olunur. Bu dəstəyin nəticəsi olaraq Azərbaycan təhsil sistemində geniş miqyasda islahatlar aparılmış, təhsil sahəsində yeni-yeni uğurlar əldə edilmişdir. Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı"nın təsdiq edilməsindən sonra xaricdə təhsil almaq üçün göndərilən azərbaycanlıların sayı ilbəil artmaqda davam edir.

Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsindən irəli gələrək Universitetin beynəlxalq əlaqələri, qoşulduğu beynəlxalq proqramlar nəticəsində universitet həm maddi, həm ictimai baxımdan xeyli inkişaf etmişdir. Azərbaycan universitetləri içərisində rəqabəti sevən rəqabətə davamlı universitet olan Azərbaycan Dillər Universitetində tələbələrin dünya dillərinə olan marağını artırmaq, onları ölkələrarası əlaqələrin inkişafında vasitəçi kimi yetişdirmək üçün proqramlar həyata keçirilir. Bu proqramlar nəticəsində ADU tələbələri bu gün artıq bir sıra ölkələrin ali məktəblərində oxuyurlar Azərbaycan Dillər Universitetinə xaricdən tələbələr gəlirlər. ADU-dan tələbələr bu tədris ili üçün Fransa, Koreya, Norveç, İtaliya, Yaponiya, Çin kimi ölkələrdə təhsillərini davam etməyə yollanırlar. Bu gün Azərbaycan Dillər Universitetinin həm tələbələri, həm müəllimləri elə bir imkanlara malikdirlər ki, dünyanı fəth edə bilirlər.

Heç təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə olaraq hər zaman ilklərə imza atan Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsinin tələbəsi Nərmin İsmayılova bu il ADU ilə yanaşı, Böyük Britaniyanın Esseks Universitetini fərqlənmə diplomu ilə başa vuran ilk azərbaycanlı tələbə oldu.

Azərbaycan Dillər Universiteti yeni tədris ilinə, həmçinin digər yeniliklərlə qədəm qoyur. Belə ki, ADU-da növbəti dərs ilindən macar dilinin tədris olunması nəzərdə tutulub.

Beləliklə, ADU hər zamankı kimi formaca yenilənən, məzmunca aparılan islahatları ilə öndə, aparıcı, tələbələr üçün geniş perspektivli üfüqlər açan, müəllimlər üçün yeni - yeni imkanlar yaradan ali təhsil müəssisəsi olaraq bu yeni tədris ilinə həmişəki kimi yeniliklərlə, islahatlarla uğurla başlayır.

Zeynab KAZIMOVA
ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin müdiri

 





16.09.2014    çap et  çap et