525.Az

Mehriban Rəcəbli: "Müəllim təlim və tərbiyənin vəhdətinə nail olmalıdır"


 

Sabir adına pedaqoji kollecin müəllimi Mehriban Rəcəblinin "525"ə müsahibəsi

Mehriban Rəcəbli: "Müəllim təlim və tərbiyənin vəhdətinə nail olmalıdır"<b style="color:red"></b>

Dünən - sentyabrın 15-i  Azərbaycanın orta ümumtəhsil məktəblərində ali təhsil ocaqlarında yeni tədris ili başlayır. Bu yerdə xatırladaq ki, sentyabrın 15-i həm Azərbaycanda neçə illərdir Bilik günü kimi qeyd olunur. Həmin günü ilk dəfə orta məktəb həyatına qədəm qoyan uşaqlar  bir cür, ali təhsil  orta-ixtisas məktəblərinə qəbul olunanlar - tələbələr isə  bir cür qarşılayır. Amma onları birləşdirən bir məqam var ki,  bu da onların həyəcanı sevincidir. Biz bu günlə bağlı olaraq öz həyatını pedaqoji sənətə-müəllimlik sənətinə həsr edən, az- çox, düz 50 il eyni məktəbdə  həm tələbə, həm müəllimə olan Mehriban xanım Rəcəbli ilə söhbətləşmək qərarına gəldik. 

- Mehriban xanım, Siz həm  keçmiş Sabir adına Pedaqoji Texnikumu-indiki Pedaqoji Kolleci bitirmisiniz, həm - qısa fasilələri nəzərə almasaq- o vaxtdan bu günəcən orada müəllimlik peşəsi ilə məşğulsunuz. Müəllimlik peşəsinə bağlılığınız nədən vaxtdan yarandı, Sizi  bu günə kimi həmin sənətdən ayrılmağa qoymayan nədir?

- Müəllimlik peşəsinə sevgim, bağlılığım uşaq vaxtlarımdan yaranıb.  Belə demək mümkünsə, oyuncaqların arasında müəllim olmaq arzusu məndə baş qaldırıb. Yəni, hələ  orta məktəbə getməmişdən öncə, oyuncaqlarla oynayanda belə özünü müəllimə kimi hiss etməyə başlamışam. Bir sözlə,məndə müəllimlik peşəsinə həvəs lap uşaq yaşlarımdan formalaşıb. Uşaq olanda hamı kimi mənim oyuncaqlarım olub. Nədənsə hər zaman oyuncaqlarla elə rəftar etmişəm ki, sanki onlar şagird mən müəlliməm. Uşaqlıq illəri başa çatandan sonra orta məktəb həyatım başladı. Orta məktəbdə oxuyanda müəllim olmaq istəyirdim. O zamanlar Sabir adına Pedaqoji Texnikum var idi. İndi həmin texnikum kollecdir. Sabir adına texnikum da müəllim hazırlayırdı. 1964- ildə 8-ci sinfi bitirdikdən sonra həmin texnikuma oxumağa getdim. Beləliklə, həmin dövrdən başlayaraq müəllimlik peşəsini daha dərindən öyrənməyə başladım...

- Texnikumu bitirdikdən sonra səhv etmiriksə,  indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə (rus bölməsinə) daxil olmusunuz...

- Tamamilə, doğrudur.  Sabir adına Pedaqoji Texnikumu bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil oldum. Elə birinci kursdan başlayaraq tələbə aktivliyim diqqətdən yayınmadı. Bir hadisə danışım.Texnikumda oxuyanda Emma Əsəd qızı - biz ona Emma Əsədovna deyə müraciət edərdik. O, mənim təhsilə, elmə olan biliyimi nəzərə alıb  sinif nümayəndəsi seçdi. Sonra Emma Əsədovna çox çalışqan tələbə olduğumu görüb məni texnikumda laborant saxladı. Laborant işləyərkən bir gün Emma Əsədovna yanındakı katibə qəfildən xəstələndi məni onun yerinə apardılar. Emma xanım  orada direktor işləyəndə arada dərsi mənə verirdi. Rus dilində onun dərsini deyirdim. Orada bir il işlədikdən sonra təyinat komissiyası yarandı mən həmin il təyinat komisiyasının üzvü seçildim. Yay aylarında isə  qəbul komissiyasında işləyirdim. Orada da işi çox yaxşı aparırdım.  Növbəti  ilin sentyabr ayında  məni Azad Komsomol Komitəsinin katibi seçdilər.

- Haqqınızda onu da eşitmişik ki,  həyat yoldaşınız  Hadi müəllimə olan böyük sevginiz  Sizin elmi işinizi  yarımçıq qoymağa  səbəb olub, yəni,  elmi işdən, alimlikdən daha çox həyat yoldaşınıza sevginizi hər zaman üstün tutmusunuz...

-(Gülür)...Təhsilə, elmə hər zaman sevgim olub. Həyat yoldaşımın işi ilə əlaqədar da bir müddət Şəkidə yaşamalı, fəaliyyət göstərməli oldum. Şəkidə pedaqoji fəaliyyətlə məşğul olanda artıq elmi işim hazır idi. O vaxtlar Elmlər Akademiyasının prezidenti, akademik  Eldar Salayev Şəkidə qonaq idi. Bir gün dedi ki, "eşitmişəm pedaqogikadan araşdırmaların var, gəl elmi işini müdafiə et, akademiyada qal, işlə". Hətta, Eldar Salayev Hadi müəllimə irad tutdu ki, sən konservativ adamsan. Niyə qoymursan, bu xanım elmi işini davam etdirsin?" Hadi müəllim demişdi ki, "Eldar müəllim, heç kim məni doğru anlamaz. Deyərlər ki, katibin arvadı gedib elmlər namizədi oldu".  Hazırda isə qeyd etdiyiniz kimi,  Sabir adına Pedaqoji Kollecdə müəlliməyəm, metodistəm. Tələbələrlə ünsiyyətdəyəm. Çalışmışam, bu gün çalışıram ki,müəllim adını uca tutum. Bu işə çox intizamlı yanaşıram.  Bununla belə, Pedaqoji Kollecdə komsomol komitəsi katibi olanda "Azdrama"da konfranslar keçirirdim. İşimi çox zəngin formada həyata keçirirdim. İkinci kursda isə məni Kommunist Partiyasına üzv seçdilər. Hətta, sonradan istəyirdilər ki, mənə"raykom"da instruktor vəzifəsinin icrasını tapşırsınlar. Allah Hadi müəllimin canını sağ eləsin,gəlib məni apardı...(gülür). Rəngarəng müəllimlik həyatımda məndə pedaqoji fəaliyyəti mən ara verməyərək davam etdirmişəm. Lənkəranda 10 il rayon məktəbində müəllim işləmişəm. Şəki şəhərində Pedaqoji Texnikumda 5 il müəllimə işlədim. Sonradan doğma məktəbimdə tədris üzrə direktor müavini işlədim. Hazırda isə Sabir adına Kollecdə müəllimə işləyirəm. Müəllimlik peşəsini elə sevirdim ki, xoşbəxtlikdən ailə qurduğum mühitdə müəllimlər var idi. Qaynanam da müəllimə idi. Hətta, kiçik baldızlarım mənə baxıb müəllimlik peşəsinə yiyələniblər. Bizim ailədə elm prioritet mövzu olub. Düşünürəm ki, müəllim hər bir uşaqda elmə, təhsilə maraq oyatmalıdır.

- Mehriban xanım, Sizi bir  müəllimə kimi narahat edən məsələlər varmı nədir?

- Öncə onu deyim ki, dil bilmək, texniki innovasiya texnologiyalarına yiyələnmək vacib şərtlərdəndir. Müəllim təlim tərbiyənin vəhdətinə nail olmalıdır. Bütün uğurların əsası bilik, sağlamlıq mənəvi saflıqdır. Azərbaycanda 90- illərin əvvəllərində rus dilinə bir az ögey münasibət sərgiləndi. Hətta, bəzi ailələrdə rus dilinin öyrənilməsinə əngəl oldular. Amma bu doğru yanaşma deyildi. Hər bir uşağın kiçik yaşlarından müxtəlif dilləri öyrənməsinə şərait yaratmaq lazımdır. Həmin dilləri tədris edən müəllimlər auditoriyaya daxil olanda həmin dildə danışmalıdırlar. 50 ildən çoxdur  pedaqoji fəaliyyətlə məşğulam. İndi dərs başlayanda uşaqlarla rus dilində danışıram. Bu o demək deyil ki, Azərbaycan dilini bilmirəm. Təbii ki, Azərbaycan dilini mükəmməl bilirəm. Digər məsələ, orta məktəblərdə kişi müəllimlərin sayı azalıb. Bu, da çox ağır məsələdir. Təsəvvür edin, oğlan uşağı ailədə bütün günü ananın qayğısı ilə əhatə olunur. Bağçaya gedir, yenə qadın tərbiyəçinin diqqətində olur. Daha sonra 11 illik orta məktəb həyatı başlayır burda da dərslərin əksəriyyətini qadın müəllimlər icra edir. Biz cəmiyyətimizdə güclü əsgər, güclü kişi yetişdirmək istəyiriksə, orta məktəblərdə kişi müəllimlərin sayını artırmalıyıq. Hər anın öz tələbləri var. Bəlkə, belə bir təklif irəli sürək: Kişi müəllimlərin tədris yükünü artırıb onların maaşını yüksəldək? Eyni zamanda, universitetə qəbul zamanı pedaqoji ixtisaslarda kişilər üçün keçid balını aşağı salaq? Hansısa imtiyazlar verək? Düşünürəm ki, bu çox aktual məsələdir. Mən inamlı adamam- Hacıxanımam. Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıram, onları yaşadıram, həm təbliğ edirəm. Sevinirəm ki, hazırda məktəbin direktoru, professor Nurlana Əliyevadır. O, məktəbdə qızların gəlin, ana kimi mənən saf yetişməsi üçün əlindən gələni əsirgəmir. Müəllim olmaq ucalıqdır, şərəfdir.

Kamil HƏMZƏOĞLU

 





16.09.2014    çap et  çap et