525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu<b style="color:red"></b>

(əvvəli 12 sentyabr sayımızda)

Naxçıvan
Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri  Naxçıvanın təkcə Azərbaycanın deyil, ümumən dünyanın  ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Naxçıvanı Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib. Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımızın yaşayıb-yaratdığını təsdiqləyir. Naxçıvan  tarixi-mədəni abidələri ilə yanaşı həm tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da onu göstərir ki, Naxçıvan həm maddi-mədəni, həm mənəvi baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə yazılarımızda sözügedən regionun məşhur maddi-mədəni abidələri tarixi şəxsiyyətləri haqqında ayrılıqda bəhs edəcəyik. Naxçıvan Muxtar Respublikasının rəsmi saytına əsaslansaq, burada 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Bunlardan 663-ü arxeoloji, 285-i memarlıq, 31-i monumental sənət, 36- tarixi, 7-si təbiət abidələri, 140-ı ziyarətgahlardır.   

Naxçıvan şəhərindəki Xan Sarayı XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirib. Xan Sarayı 3600 kvadratmetr sahəsi olan saray kompleksinin qərbində, xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilib. Xan Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina, yeni inşa olunmuş hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək meyvə ağacları var. Bina iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Hal-hazırda sarayda muzey yerləşdiyinə görə yalnız cənub dəhlizdən istifadə olunur. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa çıxarıldığı üçün binaya xüsusi gözəllik verir. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb ağac məhəccərlərlə bərkidilib. Pəncərələrdə şəbəkə üslubundan bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunub. 1-ci mərtəbədə 3 otaq, 2-ci mərtəbədə 8 otaq (2 zal) otaq kimi istifadə olunan vestibüllərin üzərində 2 mansar yerləşir. Hər iki mansardan dəhlizlərin üstündəki açıq balkonlara çıxış var. Mansarlara vestibüllərdən açılmış kərpic pilləkənlərlə qalxılır. Xan Sarayının cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə səhnə tipli taxt yaradılıb. Taxtlı guşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilib. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Dövlət Xalça Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir, bunlardan biri Naxçıvan xanlarına həsr olunub. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 2000-dən (305 xalça) artıqdır. Burada, demək olar, bütün xalça növlərinin (xovlu: gəbə, zili xovsuz: sumax, vərni, kilim, palaz, şəddə, cecim s.) xalça məmulatlarının (məfrəş, heybə, xurcun, çuval, örkən s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi", "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı" s. xalçalarla yanaşı, süjetli xalçalar (Azərbərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti toxunmuş xalça (Xalq rəssamı K.Əliyev), "Leyli Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli" s.) da əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları -misgərlik nümunələri, saxsı çini qablar, qədim kişi qadın milli geyimləri nümayiş etdirilir.

Naxçıvan şəhərində yerləşən maraqlı tarixi-memarlıq abidələrindən biri İsmayılxan hamamıdır. XVIII əsrin ortalarında Şərq memarlıq üslubunda inşa edilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə ocaqxanadan ibarətdir. Hamam planda düzbucaqlı formadadır. Hamam Naxçıvan xanlarından biri olan İsmayıl xanın adı ilə bağlıdır. Hazırda əsaslı təmir bərpa edilib. Tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

XVIII əsrin memarlıq abidələrindən biri Nehrəm imamzadəsidir. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm imamzadəsi türbə, məscid, təkyə s. yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunub. Kompleks ətraflı tədqiq edilməyib.

Naxçıvan şəhərinin möhtəşəm tarixi-memarlıq abidələrindən hesab olunan Zaviyə mədrəsə binası şəhərin Zaviyə məhəlləsində yerləşir. Ərəbcə guşə, künc, bucaq mənasını verən "Zaviyə" sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşayıb ətraflarına müridlər toplayaraq öz ideyalarını yayıb. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian rahiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini ya ibadətxanalarını da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini "xanəgah", bəktaşi nəqşibəndilər isə "zaviyə" adlandırırdılar. Zaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı formada görünsə mürəkkəb memarlıq quruluşuna malikdir. Binaya üç tərəfdən: qərbdən şimaldan bir, şərq tərəfdəki həyətdən isə üç giriş qapısı var. Əsas giriş qərbdəndir. Qərb tərəfdəki düz xətli portal eyvan şəklində qurulmuşdur. Eyvana mərmər pilləkənlərlə qalxılır. Giriş portaldakı qapıdan bir tərəfi üçbucaqlı formada olan vestibülə daxil olunur. Vestibülün sahəsi 19,8 kvadratmetrdir.  Vestibüldən sağda hündürlüyü 5,5 m, sahəsi 88 kvadratmetr olan hücrə tipli ibadət salonu yerləşir. Salona şərq tərəfdən giriş var. Salonun şərq qərb divarlarının hər birində 0,9 x 3,2 m ölçüdə üç ədəd şəbəkəli pəncərə qoyulub. İbadət salonunun mehrabı 1,7 x 5,15 x 5,5 m ölçüdə cənub divarda ayrıca bölmə şəklində yerləşdirilib. Mehrabın çatma tağlı taxçası digər bəzəkləri çoxsaylı təmir nəticəsində suvaqla doldurularaq düz səthə çevrilib. Vestibüldən solda iki qapı var. Qapılardan biri minarənin dolama pilləkənlərinə, digəri isə yardımçı otaqlara açılır. Qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbədəki otaqlara taxta pilləkənlərlə qalxılır. Buradakı ibadət otağı ilə əsas salon arasında pəncərə var. Binanın əsas fasadı mərkəzdə yerləşdirilmiş eyvanlı portaldan, üç ədəd uzunsov şəbəkəli pəncərədən çox da hündür olmayan minarədən ibarətdir. Əsas fasadla uzlaşmayan antamblement tikintinin başını dövrələyən çatma tağ motivli parapet binaya sonradan əlavə edilib. Antamblementdəki dörd düzbucaqlı sütun çıxıntıları mərkəzdə yerləşdirilmiş dairəvi boşluqlar binanın fasadında tamamilə yad element kimi görünür. XX əsrdə binadan klub, pionerlər evi, dini idarə sair məqsədlər üçün istifadə olunub. 2007-ci ilədək Naxçıvan Muxtar Respublikasının Qadınlar Məclisi burada yerləşib. 2008-ci ildə əsaslı təmir bərpa olunub.

(ardı var)

S.ABDULLAYEVA

 





16.09.2014    çap et  çap et