525.Az

Təhsil şöbəsi və orta məktəblərdə yoxlama


 

Təhsil şöbəsi və orta məktəblərdə yoxlama<b style="color:red"></b> Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan Lent.az-a verilən məlumata görə, kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət əsaslı vəsait qoyuluşundan maliyyələşən bəzi idarələrdə aparılmış yoxlamaların nəticələri müzakirə olunub. Göygol rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə və Sumqayıt şəhər Təhsil şöbəsinə, həmçinin dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
 
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
 





16.09.2014    çap et  çap et