525.Az

Müdafiə naziri ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşüb


 

Müdafiə naziri ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşüb<b style="color:red"></b>

Sentyabrın 16-da müdafiə naziri Zakir Həsənov ehtiyatdan çağırılaraq təlimlərə cəlb edilən hərbi vəzifəlilərlə görüşüb.
 

525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri şəxsi heyətə təlim toplanışında mütəşəkkil qaydada iştiraka, bir an belə tərəddüd etmədən Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkür edib.

Nazir bildirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər.

Zakir Həsənov şəxsi heyətin vəziyyəti, yeməkxana, yataq, tibb xidmətinin təşkili, mobil hamam-camaşırxana və digər məişət şəraiti ilə tanış olub, eyni zamanda onların təlimlərdə iştirakı, silah və hərbi texnikadan istifadə etmə bacarıqları ilə maraqlanaraq döyüş atışlarının yerinə yetirilməsi, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə məsələlərə diqqətin daha da artırılmasını xüsusi vurğulayıb.

Təlimlər sentyabrın 20-dək davam edəcək.

 





16.09.2014    çap et  çap et