525.Az

İspaniya hökuməti Kataloniyanın müstəqilliyinə qarşı


 

İspaniya hökuməti Kataloniyanın müstəqilliyinə qarşı<b style="color:red"></b> İspaniya hökuməti Kataloniya muxtar vilayətinin müstəqilliklə bağlı noyabrın 9-da keçirmək istədiyi referendumun qarşısını alacaq.

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo bu gün qatıldığı tədbirdə qanunlar çərçivəsində referendumun keçirilməsinə müdaxilə ediləcəyini bildirib:

“Referendumun keçirilməməsi üçün qanunun bizə verdiyi hər cür imkandan istifadə edəcəyik. Konstitusiya və qanunlar daxilində hər şey mümkündür, amma konstitusiya və qanunlar xaricində heç nə mümkün deyil”.
 
X.M.Q.Marqallo referendumun İspaniya qanunlarının pozulmasına gətirib çıxartdığını da qeyd edib:

“Bu referendumun Kataloniya, İspaniya və Avropa İttifaqı üçün çox pis nəticələri ola bilər. İspaniya dövlətinin “qırmızı xətləri” var. İspaniyanın birliyi birinci məsələdir. Bu nə hökumətin, nə də parlamentin qərarıdır. Bu İspaniya konstitusiyasının birinci maddəsidir”.
 





16.09.2014    çap et  çap et