525.Az

Pianoçularımız beynəlxalq müsabiqənin qalibi oldular


 

Pianoçularımız beynəlxalq müsabiqənin qalibi oldular<b style="color:red"></b>

Gənc azərbaycanlı musiqiçilər Macarıstanın paytaxtında məktəbli və yeniyetmələr arasında keçirilən beynəlxalq müsabiqənin qalibləri olublar.

525.az-ın məlumatına görə, «Budapeştin ulduzları» adlanan və ondan çox ölkənin qatıldığı musiqi yarışmasında R.Hacıyev adına 11 illik musiqi məktəbinin şagirdləri Rahib İsgəndərov, Kamil Həsənov, Emin Əhmədzadə, Jalə Mailova birinci, Nərmin Əliyeva ikinci yerin sahibi olublar. Müsabiqədə eləcə də Bakı Musiqi Akademiyasının tələbəsi İlahə Ağasoy ikinci, Milli Konservatoriyanın nəzdində olan Musiqi kollecinin tələbəsi Həmidə Ağasoy üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, gənc pianoçuların müsabiqədə iştirakı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçib.

GÜNEL

 





08.11.2012    çap et  çap et