525.Az

Ukraynada hakimiyyətin təmizlənməsi haqqında qanun üçüncü cəhddən qəbul edildi


 

Ukraynada hakimiyyətin təmizlənməsi haqqında qanun üçüncü cəhddən qəbul edildi<b style="color:red"></b> Ukrayna Ali Radası üçüncü cəhddən lüstrasiya qanunu kimi tanınan hakimiyyətin təmizlənməsi haqqında qanunu qəbul edib.
 

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qeyd olunan qanunun lehinə 231 deputat səs verib.  Qanunun qəbul olunması üçün minimum 226 səs gərəkdir.  
 
Qeyd edək ki, bu gün Kiyevdə parlament qarşısında aksiya keçirilib. Etirazçılar  lüstrasiya haqqında qanunun qəbul olunmasını tələb ediblər.
 
Lüstrasiya Maydan fəallarının əsas tələblərindən biridir. 
 
Ukrayna qanunvericiliyində bu vaxtadək lüstrasiya proseduru nəzərdə tutulmayıb.
 
Hazırda sənədin Ukrayna prezidenti Petr Poroşenko tərəfindən imzalanacağı gözlənilir. 
 
Hakimiyyətin təmizlənməsi haqqında qanun  (lüstrasiya qanunu) istənilən şəxsin hər-hansı hakimiyyət orqanında vəzifəyə təyin edilməsi məsələsinə baxıldıqda müvafiq yoxlama prosedurunun aparılmasını nəzərdə tutur.  
 





17.09.2014    çap et  çap et