525.Az

Rayonlara güclü yağış yağıb


 

Rayonlara güclü yağış yağıb <b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə müşahidə olunan faktiki hava ilə bağlı məlumat yayıb.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib.
 
Sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub. Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.
 
Qeyd edək ki, şimal və qərb rayonlarında bir gecə ərzində yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib.
 
Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.
 





17.09.2014    çap et  çap et