525.Az

"Hilton"-da "bomba" həyəcanı


 

"Hilton"-da "bomba" həyəcanı<b style="color:red"></b> Sentyabrın 17-nə keçən gecə Bakının məşhur otellərindən olan Səbail rayonu, Neftçilər prospektində yerləşən "Hilton" otelinə partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
 
Lent.az-ın məlumatına görə, informasiyanın yoxlanılması üçün müvafiq tədbirlər görülüb. Otelə əməliyyat qrupları və xilasedicilər cəlb edilib. Saat 01:20 radələrində başlayan axtarışlar nəticəsində oteldə hər hansı partlayıcı aşkarlanmayıb.
 
Hazırda yalan məlumat verən şəxsin kimliyinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
 





17.09.2014    çap et  çap et