525.Az

"Sent-Etyen" Bakıya 19 futbolçu ilə gəlir


 

"Sent-Etyen" Bakıya 19 futbolçu ilə gəlir<b style="color:red"></b>

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda sabah "Qarabağ"ın qonağı olacaq "Sent-Etyen" klubu bu gün Bakıya gələcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisinin baş məşqçisi Kristof Qaltye "Qarabağ"la oyunda 19 futbolçunun xidmətindən yararlanacaq.

Bakıya gələn futbolçular sırasında Türkiyə yığmasının üzvü Mevlut Ərdinç də var. Zədədən əziyyət çəkən Loik Perren və Romen Amuma paytaxtımıza gətirilməyəcək.

 





17.09.2014    çap et  çap et