525.Az

Hacıbala Abutalıbov məhkəməyə verildi


 

Hacıbala Abutalıbov məhkəməyə verildi<b style="color:red"></b>

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məhkəməyə verilib.
 
525.az-ın “modern.az”a istinadən xəbərinə görə, Bakı meri qanunsuz olaraq günün günorta çağında, uşaqların gözü qarşısında sahibsiz heyvanların güllələnməsinə icazə verdiyinə görə ittiham olunacaq.

Məhkəmə sentyabrın 19-da, saat 15:30-da Nəsimi rayonunun 1 saylı inzibati iqtisadi məhkəməsində keçiriləcək.
 
Bu haqda məlumat verən Elxan Mirzəyev və Anar Süleymanov bildiriblər ki, Bakı meriyası bir qrup heyvansevər tərəfindən məhkəməyə verilib.

“Azərbaycan dövləti  2007-ci  ilin may ayında ölkə başçısının sərəncamı ilə "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına qoşulub.  2011-ci ilin mart ayında isə Azərbaycanın Nazirlər Kabineti sahibsiz heyvanları qoruyan qanun qəbul edib. 38 saylı qanuna əsasən, heyvanlara işgəncə vermə və ya öldürməyə görə inzibati cəza - 500 manatdan başlayaraq cərimə nəzərdə tutulub”.

 





17.09.2014    çap et  çap et