525.Az

Sığortaedənlər üçün yenilik


 

Sığortaedənlər üçün yenilik<b style="color:red"></b> Dövlət Sosial Müdafiə Fondunda sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması imkanları nəzərdən keçirilir.

DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən xəbərə görə, bu barədə  jurnalistlərə DSMF sədri Elman Mehdiyev bildirib.
 
Onun sözlərinə görə, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək, vahid rüblük hesabatla əvəz edilməsi nəzərdə tutulur. 
 
DSMF sədri diqqətə çatdırıb ki, Fonda təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcək.

E.Mehdiyev əhaliyə və sığortaedənlərə göstərilən xidmətlərin keyfiyyətinin daim yaxşılaşdırılmasının əsas prioritet olduğunu qeyd edərək, növbəti inkişaf mərhələsində fərdi uçot sisteminin daha da təkmilləşdirilməsi istiqamətində islahatların davam etdiriləcəyini vurğulayıb.
 





17.09.2014    çap et  çap et