525.Az

Sabah Yasamalda su olmayacaq


 

Sabah Yasamalda su olmayacaq<b style="color:red"></b>

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

Cəmiyyətin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşenli küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar noyabrın 9-da İ.Qutqaşenli və M.Müşviq küçələrində, həmçinin İnşaatçılar prospektinin bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

 





08.11.2012    çap et  çap et