525.Az

Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanuna dəyişiklik ediləcək


 

Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanuna dəyişiklik ediləcək<b style="color:red"></b>

Parlamentin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2014- il payız sessiyası ilə bağlı sentyabrın 16-da keçirilən ilk iclasında "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

Dəyişikliklər barədə sözügedən komitənin sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, sözügedən qanuna təklif olunan dəyişikliklər parlamentin son sessiyasında bu yöndə qanunvericiliyə edilmiş dəyişikliklərin məntiqi davamıdır: "Bildiyiniz kimi, QHT-lərlə bağlı qanunvericilikdə bir sıra boşluqlar var idi. Bu gün müzakirəyə çıxarılan bu dəyişikliklər məhz həmin boşluqların doldurulmasına xidmət edir. Məsələn, bu günə kimə hansısa xarici dövlətin QHT-sinin filialının ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilmirdi. Həmin şəxsin səlahiyyəti müddəti qurtarırdı, ancaq Azərbaycanın dövlət orqanları bundan xəbərsiz qalırdı. Heç çox zaman onların "fəaliyyətinin" nədən ibarət olduğu da bilinmirdi. Ona görə nəzərdə tutulan dəyişikliyə əsasən bundan sonra xarici dövlətin QHT-sinin filialının ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir. Bu, cox əhəmiyyətli bir dəyişiklikdir".

Azərbaycanın özünün başqa bir ölkədə öz QHT-sinin filialını nümayəndəliyini yaratmasının mümkünlüyü ilə bağlı sual edən deputat Fəzail Ağamalıya cavab olaraq həm komitə sədri Ə.Hüseynli, həm adıçəkilən komitənin üzvü Azay Quliyev tərəfindən bunun qanunvericiliklə mümkün, ancaq onu reallaşdırmağın, mövcud prosedurların çətin olduğu bildirilib. Geniş müzakirələrdən sonra qanun layihəsi parlamentin payız sessiyasının plenar iclasına tövsiyə olunub.

Onu da qeyd edək ki, adıçəkilən qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, 4.2-1-ci maddədə göstərilir ki, xarici dövlətlərin QHT-ləri tərəfindən Azərbaycan Respublikası ərazisində bir nümayəndəlik ya filial yaradıla bilər. Həmçinin, dəyişikliyə əsasən xarici dövlətin QHT-nin filialının ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.

Bununla yanaşı, qanuna təklif edilən dəyişiklikdə qeyd olunur ki, xarici dövlətin QHT-si digər təşkilata birləşdikdə, qoşulduqda ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan ərazisindəki filialı nümayəndəliyi ləğv edilir.

Kamil HƏMZƏOĞLU

 





17.09.2014    çap et  çap et