525.Az

"Toylarımız çox süniləşib"


 

Xalq artisti Nəzakət Teymurova: "Yas mərasimləri, az qala, toylardan seçilmir"

"Toylarımız çox süniləşib"<b style="color:red"></b>

- Nəzakət xanım, son illər Azərbaycan cəmiyyətində toy yas mərasimləri ilə bağlı ciddi müzakirələr, mübahisələr gedir. Böyük əksəriyyət toy yas mərasimlərinin milli adət-ənənələrimizdən uzaq düşməsindən, ifratçılığın, israfçılığın başalıb getməsindən, əndazəni aşmasından narazılıq, şikayət edirlər. Məsələn, bugünləri ailə həyatı qurmağa hazırlaşan cütlüklər, qızlar "Vağzalı"nın əvəzinə əcnəbi musiqilərin, hətta, kilsə musiqisinin sədaları altında məclisə daxil olurlar. Yaxud da, şadlıq sarayında bir tərəfdə molla kəbin kəsir, bir tərəfdə isə cütlüklər şampan içirlər sair. Bunlar dərəcədə düzgündür, ümumiyyətlə, Sizin bu məsələ ilə bağlı yanaşmanız necədir?

- Mən kökə, milli adət-ənənələrə bağlı insanam. Tamamilə düz deyirsiniz ki, son illər toylarımızda milli musiqilərimizin yerini əcnəbi, Avropa, Şərq musiqiləri tutub, o yerə çatıb ki, gəlin köçən qızlarımız şadlıq evinə, restorana "Vağzalı"nın deyil, başqa xalqların musiqisi, kilsə melodiyası altında daxil olur. Belə demək mümkünsə, bizdə "avropalaşma" gedir ki, bu da yolverilməzdir. Başqalarını yamsılamaq heç kimə başucalığı gətirmir. Eyni zamanda, toy hər bir ata-ananın, hər bir valideynin arzusudur. Amma bəzən valideynlər toy məsələsində çox ifrata varırlar, sanki bəhsabəhsə girirlər. bilim, filankəns övladının toyunu belə etdi, mən belə etməliyəm ya ondan daha yaxşı, daha dəbdəbəli toy etməliyəm. Yaxud, mən belə etsəm, sabah deyəcəklər ki, ya pulu yoxuydu, ya xəsisliyindən belə etdi sair.

Yas mərasimlərinə gəlincə, burada da çox böyük xoşagəlməzliklər yaşanır. Özümüz yas məclislərinə gedirik, görürük ki, yas mərasimləri az qala toylardan seçilmir. Yas süfrələrinin üstünə elə təamlar düzürlər ki, bilmirsən yasdasan, yoxsa toydasan. Yas yiyəsi ölüsündən daha çox yasa gəlib-gedənlərin, məclisi necə keçirməyinin hayında olur. deyim vallah, başdan-ayağa israfçılıqdır. Toy toy kimi, yas da yas kimi olmalıdır.

- Neçə illərdir belə fikirlər, təkliflər var ki, yas toy mərasimlərini tənzimləmək üçün "Mərasimlər haqqında" ayrıca qanun qəbul edilsin. Sizcə, belə bir qanunun qəbuluna ehtiyac varmı?

- Bayaq dediyim kimi, hər valideynin arzusudur ki, övladına toy eləsin. Amma bunun özü çərçivədə olmalıdır, əndazəni aşmamalıdır. Təəssüf ki, bizdə əksinədir, aşırı dərəcədə ifratçılıq, israfçılıq var. Bu gün toylarımız çox süniləşib. Hər yerə gedirsən eyni şeylərdir, eyni yeməklər, eyni musiqilər, eyni musiqiçilər, eyni ab-hava. Yeməklərin çoxuna heç əl vurulmur, üst-üstə qalır hamısı yeyilmir, bəzən həmin yeməklər orası-burası bəzədilib səhərisi gün başqa bir toyda verilir, yaxud xarab olur tökülür çölə. Adamın bir mədəsi var o qədər yeyəcək ya yeməlidir ki? Bunlar Allaha xoş gedir, adama xoş təsir bağışlayır. Ona görə hesab edirəm ki, bu yöndə hansısa qanunun qəbul olunub-olunmamasından asılı olmayaraq, insanların özləri tərəfindən bir tənzimləmə olmalıdır, insanlarımız özləri könüllü şəkildə başa düşməlidirlər, bu cür israfçılıq, ifratçılıq düzgün deyil, adət-ənənələrdən bu qədər uzaqlaşmaq olmaz. Hər şeyin bir əndazəsi, həddi olmalıdır... Bilirsiniz, bu məsələ əvvəldən pozuldu, bizim maddi cəhətdən imkansız olan bəzi insanlarımız imkanlı, varlı insanlarımızla bəhsabəhsə getməyə başladılar. Hesab edirəm ki, istər həmin insanlar, istərsə orta təbəqədən olan insanlar öz imkanlarına, nisbətən imkanlılar isə öz imkanlarına uyğun şəkildə bu məsələni yola verməlidirlər...

- Nəzakət xanım, Siz özünüz anasınız çox güman ki, övladınızın da toy gününü səbirsizliklə gözləyirsiniz. Siz özünüz şəxsən övladınızın toyunu necə - indiki kimi, yoxsa, bir qədər fərqli, sadə keçirmək fikrindəsiniz?

- Allah hər bir valideynə övlad toyu görmək nəsib etsin. Yəqin ki, mənim övladımın toyu da sadə, adət-ənənələrimizə uyğun şəkildə olacaq. Əgər mən özüm bugünkü toylarımızı bəyənmirəmsə, israfçılığın, ifratçılığın əleyhinəyəmsə, başqa cür hərəkət edə, bəyənmədiklərimi təkrarlaya bilmərəm. Bu, heç cür düzgün çıxmaz. Həm mən özüm-özümə qarşı çıxmayacağam ki? Yəni, hər şey normal, qaydasında olacaq inşallah.

- Bəzən toylarımızın bu qədər baha başa gəlməsində toy müğənnilərinin ünvanına da ittihamlar səsləndirilir ki, onlar çox baha oxuduqları üçün qiymətlər belə kəllə-çarxa çıxır. O da sirr deyil ki, bəzən ev sahibləri toyun, musiqiçilərin pulunu ödəmək üçün hətta, kredit götürmək məcburiyyətində qalırlar.

- İnsan ayağını yorğanına görə uzatmalıdır, öz boyundan hündürə tullanmamalıdır. Durub banka gedib, kredit götürüb toy etməyəcəm ki? Bu mənə bir az gülməli gəlir. İnsanlar belə şeylərə niyə gedirlər başa düşə bilmirəm. İmkanın nəyə çatır, o cür elə . Eyni zamanda, musiqicilərin, müğənnilərin əksəriyyəti gəlib toyda fonoqramma ilə oxuyurlar. Məcburdur ki, sənin toyuna baha qiymətə gəlib fonoqramma ilə oxuyan müğənni toyu aparsın? Həm , vallah, səsi yüksək olanlar pul məsələsində elə yüksəkdən getmirlər. Bəzi ifaçılardır ki, əvvəldən qiymət qoyurlar. Hansı ki, heç çoxlarının düz-əməlli səsləri yoxdur. Həm yaxşı olardı ki, bunu onların özündən soruşaydınız (gülür).

- Yeri gəlmişkən, başqa bir məsələyə münasibətinizi bilmək istərdik. Siz bir sənət adamı, bir xanəndə kimi Azərbaycan sənətinin, Azərbaycan musiqi mədəniyyətinin bugünkü durumunu necə qiymətləndirirsiniz? Şou-biznesin mənfi təsirləri Azərbaycan muqisini, Azərbaycan mədəniyyətini kölgə altına almayıb ki?

- Mən yalnız öz sahəmdən danışa bilərəm, başqa sahəyə qarışmağa haqqım da yoxdur. Özünüz bilirsiniz ki, dünyanın harasına gediriksə, Azərbaycan mədəniyyətini, Azərbaycan muğamlarını daha yüksək səbviyyədə təqdim, təbliğ etməyə, onun daha yüksək zirvələrdə qalması üçün çalışırıq. Eyni zamanda, hara gedirsənsə artıq bilirlər ki, Azərbaycan musiqisi, Azərbaycan muğamı nədir. Sovetlərin dövründə xaricdə bizim musiqiləri gah İran, gan ərəb musiqiləri ilə səhv salır, eyniləşdirirdilər. İndi isə belə deyirlər ki, bu, Azərbaycan musiqisidir, bu, Azərbaycan muğamıdır sair. Onu da yaxşı bilirsiniz ki, son illər Azərbaycan musiqisinin, Azərbaycan muğamının təbliği istiqamətində hansı işlər görülür. Ölkəmizdə muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, yeni gələcəyi parlaq olan gənc ifaçılar meydana gəlir. Bu işlərdə heç şübhəsiz ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın onun rəhbəri olduğu Heydər Əliyev Fondunun əməyi misilsizdir. Bu gün fəxrlə demək olar ki, Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi, Azərbaycan muğamı inkişaf edir, dünyaya yayılır, ölkəmizi dünyada layiqincə tanıdır.

Kamil HƏMZƏOĞLU

 





17.09.2014    çap et  çap et