525.Az

Monitorinq insidentsiz başa çatıb


 

Monitorinq insidentsiz başa çatıb<b style="color:red"></b> Cəbhə xəttində keçirilən növbəti monitorinq də insidentsiz başa çatıb.
 

525.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 17-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq baş tutub.
 
Goranboy rayonu Gülüstan kəndi yaxınlığında təmas xəttində keçirilən monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik-leytenant Tuncay Sevim , qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik Markus Uidmer izləyib.
 





17.09.2014    çap et  çap et