525.Az

AMEA-da kadr dəyişikliyi edilib


 

AMEA-da kadr dəyişikliyi edilib<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr dəyişiklikləri olunub.
 
525.az-ın akademiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AMEA-nın Rəyasət Heyətinin iclasında akademik İradə Hüseynovanın akademiyanın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu direktoru təyin edilməsi barədə qərar qəbul edilib. Bundan əlavə, texnika üzrə fəlsəfə doktoru Qəmbər Quliyev AMEA-nın “Kibernetika” Xüsusi Konstruktor Bürosunun direktoru, Rasim Məlikov isə Büronun baş məsləhətçisi vəzifəsinə təyin edilib.
 
AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı akademiyanın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Təranə Məmmədova Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Mina Munşiyeva M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi katibi təyin olunub.
 
Fizika-riyaziyyat üzrə elmlər doktoru Asəf İsgəndərov isə AMEA Lənkəran Regional Elmi Mərkəzin direktoru vəzifəsindən azad edilib.
 





17.09.2014    çap et  çap et