525.Az

Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması nəzarətə götürüldü


 

Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması nəzarətə götürüldü<b style="color:red"></b>

Jurnalist Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması ilə bağlı Yasamal rayon prokurorluğuna etdiyi müraciət üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məqalədə göstərilənlərlə əlaqədar araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Müraciətdə qeyd edilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi barədə göstəriş verilib.

Xatırladaq ki, fevralın 20-də Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəhbəri Mahir Höcətov tələbələrin etiraz aksiyasını çəkən jurnalist T.Fərhadoğlunun kürəyinə və başına arxadan bir neçə təpik və yumruq vurub.

 





17.09.2014    çap et  çap et