525.Az

Yağış yağacaq, güclü külək əsəcək


 

Yağış yağacaq, güclü külək əsəcək<b style="color:red"></b>

Azərbaycanda istirahət günlərinə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan 525.az-a verilən məlumata görə, noyabrın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq.

Noyabrın 11-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində də noyabrın 10-da, əsasən gecə və axşam yağış yağacaq. Qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Noyabrın 11-də yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-7, gündüz 9-13 dərəcə isti olacaq.

Noyabrın 11-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Noyabrın 12-də soyuq hava şəraiti bəzi insanlarda diskomfort hiss yaratsa da, oksigenlə zəngin havanın üstünlüyü müsbət amildir.

 





09.11.2012    çap et  çap et