525.Az

Milli Dram Teatrı mövsümü "Qarabağnamə" ilə açacaq


 

Milli Dram Teatrı mövsümü "Qarabağnamə" ilə açacaq<b style="color:red"></b> Bu gün saat 17:30-da Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək.
 
Lent.az-ın məlumatına görə, tədbirdə teatrın cari mövsüm ərzindəki fəaliyyəti - planlaşdırılan yeni tamaşalar, beynəlxalq festivallar, qastrol səfərləri, yubiley tədbirləri haqqında geniş məlumat veriləcək, jurnalistlərin sualları cavablandırılacaq.
 
Mətbuat konfransından sonra isə Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan "Qarabağnamə" tamaşası ilə 142-ci mövsümü açıq elan edəcək.
 





18.09.2014    çap et  çap et