525.Az

Gürcüstanın daxili işlər naziri azərbaycanlılara qarşı hücumlara münasibət bildirib


 

Gürcüstanın daxili işlər naziri azərbaycanlılara qarşı hücumlara münasibət bildirib<b style="color:red"></b>

İrakli Qaribaşvili: “Bir daha belə hadisələr olmayacaq”

“Azərbaycanlılarla bağlı baş verən bütün hadisələrdən xəbərdaram. Son günlər baş verən 12 hadisə haqqında məlumatım var”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

Nazir son vaxtlar ölkədə baş verən oğurluq və işgəncə hadisələrini ciddi nəzarətə götürdüklərini bildirib: “Mən şəxsən aparılan təhqiqata nəzarət edəcəyəm. Biz müəyyən əməliyyatlar keçirməyi planlaşdırırıq. Heç bir problem olmayacaq. Mən söz verirəm ki, bir daha belə hadisələr baş verməyəcək”.

 





09.11.2012    çap et  çap et