525.Az

«Mədəni İnkişaf Mərkəzi» İctimai Birliyi iki layihə hazırlayıb


 

«Mədəni İnkişaf Mərkəzi» İctimai Birliyi iki layihə hazırlayıb<b style="color:red"></b>

«Mədəni İnkişaf Mərkəzi» İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT)  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə iki layihə həyata keçirəcək.

Bu barədə Birlikdən məlumat verilib.

Layihələrdən biri sözügedən Şuranın 2014-cü il hesabatını əks etdirəcək filmin çəkilişidir. Təxminən 20 dəqiqəlik, 3 hissədən ibarət ekran əsərində Şuranın yenilikçi tədbirləri, Bakıda və regionlarda fəaliyyət göstərən 400-dən artıq QHT-nin gördüyü işlərin vizual təsviri öz əksini tapacaq.

2-ci layihəyə görə, adıçəkilən İctimai Birliyin sədri Gəray Əlibəyov 29 sentyabr-2 oktyabr tarixlərində Argentinaya səfər edəcək. Səfər zamanı G.Əlibəyov Argentinanın «Qardaşlaşmış şəhərlər və yerli hökumət» beynəlxalq təşkilatının keçirdiyi «Mədəniyyətin 27-ci gündəliyi» layihəsi çərçivəsində təşkil olunan «Mədəniyyətin 11-ci sessiyası»nda  iştirak edəcək. 2015-ci ildə dünya mədəniyyət sahəsində keçiriləcək Qurultaya hazırlıq məqsədi daşıyan tədbirdə birlik sədri «Azərbaycan mədəniyyəti və Azərbaycan Respublikası ərazisində keçirilən beynəlxalq festivallar» mövzusunda məruzəylə çıxış edəcək.

S.ABDULLAYEVA

 





17.09.2014    çap et  çap et