525.Az

Şotlandlar müstəqil olmaq istəyirlərmi?


 

Şotlandlar müstəqil olmaq istəyirlərmi?<b style="color:red"></b> Şotlandiyanın müstəqilliyinin əleyhinə olanlar müstəqillik tərəfdarlarını 6 faiz qabaqlayırlar.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu "Ipsos Mori" xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Nəticələr bu gün Şotlandiyada regionun müstəqilliyi haqqında məsələyə dair referendumun keçirildiyi bir vaxtda dərc edilib.

Rəyi soruşulan şotlandların 53 faizi Böyük Britaniyanın birliyini dəstəkləyib, müstəqilliyin lehinə isə 47 faiz səs verib.
 





18.09.2014    çap et  çap et