525.Az

Avtomobil su kanalına aşıb, üç nəfər ölüb, bir nəfər xəsarət alıb


 

Avtomobil su kanalına aşıb, üç nəfər ölüb, bir nəfər xəsarət alıb

Azərbaycanın Hacıqabul rayonunda dəhşətli yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə gecə saat 00.01 radələrində Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində qeydə alınıb.

Sabirabad rayonunun Qəzli kənd sakini 1967-ci il təvəllüdlü Mehrəli Baxşəli oğlu Zülfüqarov idarə etdiyi VAZ -2106 markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın qoruyucu bəndi aşaraq su kanalına yuvarlanıb. Hadisə zamanı sürücü və avtomobildəki sərnişinlər, Qəzli kəndinin sakinləri - 1962-ci il təvəllüdlü Ələsgər Məhəmməd oğlu Nuriyev və onun oğlu 2007-ci il təvəllüdlü İzzət Nuriyev hadisə yerində ölüblər.Ələsgər Nuriyevin həyat yoldaşı, 1970-ci il təvəllüdlü Gülnar Abbasəli qızı Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı BDYP istintaq və təhqiqat idarəsində araşdırma aparılır.

 





10.09.2012    çap et  çap et