525.Az

“Nyu York Tayms” yenə Ərdoğanı “vurdu”


 

“Nyu York Tayms” yenə Ərdoğanı “vurdu”<b style="color:red"></b>

ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyə hakimiyyətini tənqid edən növbəti yazı ilə çıxış edib.

Modern.az saytının məlumatına görə qəzet Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onlara qarşı sərt açıqlama verməsinə kəskin reaksiya verib. Qəzetin baş redaktoru Den Baket Ərdoğanın çıxışını tənqid edib.

O, Türkiyə hökumətini bu ölkədə fəaliyyət göstərən “Nyu-York Tayms” müxbirlərinə qarşı təzyiqlər etməkdə təqsirləndirib.
 
“Bundansa Türkiyə rəsmiləri jurnalistlərin təhlükəsizliyini təmin etsin”.

Qeyd edək ki, bir müddət öncə adıçəkilən qəzet Ərdoğan hakimiyyətini İŞİD terrorçu qruplaşmasına dəstək verməkdə ittiham etmişdi Məşhur mətbu orqan hətta sensasion iddia ilə çıxış edərək Ankaranın Hacıbayram məhəlləsində İŞİD-in ofisi olduğunu və təşkilatlanmanın məhz bu ofisdən idarə edildiyi də yazıb. 

Xəbərdə prezident Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun Ankaradakı Hacı Bayram Vəli məscidindən çıxarkən çəkilmiş fotoları yer alıb. Lakin bundan sonra qəzet Ərdoğandan üzr istəyib və fotoların səhvən həmin materialda getdiyini bildirib. 

 





19.09.2014    çap et  çap et