525.Az

Oralarda kimlər var: Orxan Aras -4


 

Oralarda kimlər var: Orxan Aras <b style="color:red">-4</b>

ORXAN ARAS A-dan Z- (4)

Müsahibədə yazarın üslubuna toxunulmayıb,sadəcə bəzi sözlər bizim türkcəyə uyğunlaşdırılıb.

 

UVERTÜRA

Bu fikirdə bir yanlışım olursa, məni bağışlasınlar: məncə dünya ədəbiyyatının çox böyük bir bölümünü QÜRBƏT VƏ YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə bir ab-hava, bir moral,bir ovqat yaşamaqdadır və hətta türk şeirində və türk ədəbiyyatında QÜRBƏTÇİLƏR deyə bir yaradıcı qurum, cərəyan da olmuşdur.Təbii ki, QÜRBƏT anlamında bir həqiqi ağrılı qürbət və bir də ədəbi yaradıcıların içində yaratdığı bir QÜRBƏT anlayışı var.Məsələn : poetik desək Salyandan Bakıya gələn hər bir yaradıcı da, bəzən Bakını özünə qürbət kimi görə bilər.Amma bu qürbət təbii ki, nə Türk ədəbiyyatındakı QÜRBƏTÇİLƏRİN qürbətidir, nə də əsl anlamda desək, Qarsdan baş götürüb Almaniyaya gedən bir yazarın və bir insanın qürbət halinə oxşar. İkincilər daha dərin və daha acıvericidir.Bu anlamda Orxan Aras daha acı, iki qat bir qürbət içindədir: Orxan Arasdədə yurdum Azərbaycandır” – deyir, Qarsa yerləşsələr də, bir zamanlar oranı da qürbət kimi görüb və o qürbətdən daha dərin olan bir qürbətə Almaniyaya üz tutub,yüzlərlə, minlərlə türk qürbətçisindən fərqli olan və bəlkə də onlardan biri olaraq tamam başqa bir dadda həyat yaşayır .Almaniyada da Azəraycan sevdasından əl çəkmir və bu dərdin ucbatından da iki kitab yazır həmin mövzuda : AZƏRBAYCAN DAVAMIZ və QARABAĞ MÜBARİZƏMİZ.Təbii ki, indicə oxuyacağınız sorğuda bəlkə də Azərbaycan teması ilə bərabər, iki qürbət çəkən bir insanın dərdli ürəyinin səsini eşitmək və bu ağrını daşıyan ürəyin tabına dözməyin zorluluğu var.

 

Bu dəfəki gəlişinizdə yeni insanlarla tanış oldunuzmu?

- Hər gəlişimdə yeni insanlarla tanış oluram.Amma yeni deyərkən, onların hamısında əski və uzun dostluqların izlərini və hisslərini tapıram.Çünki bu xalq mənim xalqımdır, bu insanlar mənim insanlarımdır.Mənim üçün dostluq, samimi bir gülüşdür, sıcak bir əl sıxmadır, bir stəkan çaydır, şirin bir yurd və millət sözüdür.Yeməklər, dəvətlər, maşınlar mənim umurumda deyil.İnsan ürəyi, insan səmimiyyəti mənim üçün hər şeyin üstündədir. Bazən bir insanla günlərcə əylənir, yeyər-içər, gülər, gəzərsiniz, amma ayrılır-ayrılmaz onu unudarsınız.Bəzən bir insanla iki cümlə danışarsınız və əbədi olaraq onun adını ürəyinizə yazarsınız. İşini düzgün görən, hay-küy salmayan, özəlliklə sənətçi ruhlu insanları çox sevirəm.Adil Mirseyid haqqında bir yazı yazmışdım.Halbuki onu heç tanımırdım və sadəcə bir-iki şeirini oxumuşdum.Toplumda belə qərib ruhlu insanlarla ünsiyyət qurmağı daha çox sevirəm.Bu insanlar bu toplumun can damarıdır.Bunlar səsləri çıxmayan, öz dünyalarında yaşayan insanlardır.Bunlara dəyər vermək, əllərindən tutmaq bu toplumun namus borcudur.Mən inanıram ki, Azərbaycanda bu durumda yüzlərcə insan vardır və bizlər bunlarla tanış olmalı və bunların da səslərinə qulak verməliyik.

Çox mübahisəli Qurban Səit və onun yaradıcılığı barədə yeni bir şeylər varmı?Nə zamandı bu məsələ barədə Siz çalışırsız və mən Sizin məhz bu yaradıcının mübahisəli yaradıcılığı haqqında yazılarınızı da oxumuşam.

Yuxarıda elmi işlə bağlı suala cavab verərkən qısaca söylədim.Əsad Bəyin vəya Kurban Saidin daha heç yayınlanmamış məqalələri çap olnunandan sonra bir şeylər öz həqiqətini tapacaq.RomanAli və Ninoparça-parça o məqalələrdə var. İnşallah çalışma kitab halında yayınlanınca hər şey ortaya çıxacaq.Bir az səbr lazımdır.

 

Bir az da məişət suallarına cavab tapaq.Doğrudanmı Almanyada hələ ALMAN HESABI ( NEMETSKİ ŞOT) deyilən hesab məsələsi var.Belə başınıza gəlibmi?

Bəli, hələ ALMAN HESABI məsələsi var.Amma son vaxtlar bir çox alman qonaqpərvərliyi türklərdən öyrənmiş və hesab ödəyirlər.

Azərbaycandan iki arkadaşım Frankfurta gəzməyə gəlmişdilər.Getdim qarşıladım, gəzdik və yemək yeməyə getdik. Yemək yedikdən sonra arkadaşlardan bir xanım əfəndisi çantasından çıxardı.Bu nədir?- deyə sordum, güldü, dedi ki,mənə dedilər ki, orda hər kəs öz hesabını ödəyir.Çox güldüm.Dedim, amma biz alman deyilik, türkük.

Türklər almanlar qarşılıqlı olaraq bir-birindən çox şey öyrəndilər.Öncədən alman bir tək siqara verdiyində 20 qəpiyini istərdi. İndi belə deyil.Onlar türk mtbəxini, türk qonşuluğunu, türk adət və gələnəklərini öyrəndilər.Türklər isə onlardan çalışma ciddiliyi, dəqiq və məsuliyyətli olmağı öyrəndilər.Bir almanla anlaşdığın saatda görüşə getməzsən səninlə bir daha görüşməz.Çox dəqiqdilər. Sözlərinə sadiqdilər.Çox nadir halda aldatma olar.Dövlətlərinin mənfətini hər şeydən üstün tutarlar.Təmizliyə diqqət edərlər, əllərindəki bir kağızı belə yola atmaz, çöp qutusuna atarlar.Orada yaşayan türklər bu kimi şeyləri onlardan öyrəndilər.

 

Mən sevdiyim insanlarla çox sərbəst oluram bəzən suallarım onlara toxunur.Bu işin içində Siz varsınızsa, məni bağışlayın, amma səmimi olaraq cavab verin sorulara.

Abi, mən bir neçə dəfə yazımda sizdən bəhs etdim və sizin qəzetçiliyiniz gərçək bir qəzetçilik olduğunu da yazdım.Gerçək qəzetçilər hər kəsin soruşmayacağı şeyləri soruşurlar çox vaxt.Belə olduqda bir az insanların xoşuna gəlməyə də bilər.Siz də əlbətdəki az çəkməzsiniz insanlardan,amma siz də işinizi görürsünüz.Qəzetçi dediyin, insanın xoşuna gedəcək soruları soran, bilərəkdən kiminsə xoşuna gəlmək üçün suallar verən yaradıcı deyil.Amma sizin soru sormaq haqqınız olduğu kimi, qarşıdakı insanın da cavab verib-verməmə haqqı vardır.Bu təbiidir.Xoşa gəlməz suallar verilsə də ziyalı insan bundan inciməməli, amma mən belə suala cavab vermirəm də deməlidir.

 

Özündən nə soruşardın?

Orxan, hayattan nə anlıyorsun?

Turgenevlə bağlı bir əhvalat anladırlar.Guya Turgenev, qarlı, soyuq bir axşam gəzməyə çıxar və bir köprüdə bir dilənçiylə qarşılaşar. Dilənçi Turgenevdən para istər. Turgenev ciblərini yoxlar və para tapmaz.İki əliylə dilənçinin soyuq əllərini tutar.’İnanın bəyəfəndi, sizə verəcək heç bir şeyim yox, deyər. Dilənçi Turgenevi təsəlli edər. ‘Üzülməyin bəyəfəndi verdiniz də...’ Turgenev çaşıb qalar. “Nə verdim ki?-deyə sorar.Dilənçi, sımsıcaq əllərinizi verdiniz ya...

Tofiq abi, Orxan Aras üçün həyat, sımsıcaq bir əl tutuşu, sevgi dolu bir gülüş və mənəviyyatla dolu bir gönüldən axan məhəbbətdir.Dostluq olmayan, eşq olmayan, insanlıq olmayan bir həyat nəyə yarar ki? Bütün bu sərvət və güc ardınca qaçanlar bir gün hər şeyin boş olduğunu, dünyada qalan tək şeyin sevgi olduğunu anlayacaqlar.Hani, böyük Yunus nə demiş? “Bir kəz gönül qırdı isən, o qıldığın namaz deyil!”

Önəmli olan gönüllər qırmaq deyil, gönüllər isitmək və rahatlamıqdır.Həyatın sirri insanın ürəyinin içindəki mərhamətdir.Mərhəmətiniz və şəfqətiniz olduqca daha çox insan olursunuz! Maşınınızın markası vəya bankadakı paralarınızın sıfırlarının çox olması gerçək insan üçün heç bir şey ifadə etməz və etməməlidir də...

Səlam yürəyi dolu insanlara!

 

BİR XƏBƏR :

 

Vektor Beynəlxalq Elmlər Akademiyası

Fəxri Doxtor Diplomu

Azərbaycan Respublikası

Vektor Beynəlxalq Elmlər Akademiyası Fəxri Doktor Diplomu

Vektor Beynəlxalq Elmlər Akademiyası Elm Şurası qərara alır:

Türk ədəbiyyatının və mədəniyyətinin inkişafında xidmətlərinə görə

Orxan Aras (Almaniya)

Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülür.

Verilən fəxri ad beynəlxalq qanun və ənənənin müəyyən etdiyi bütün hüquqları təmin edir.

Prezident Prof.Dr.Elçin İskenderzade

Bakı şəh.18 sentyabr 2012.ci il

Qeyd no T.049

 

abdin[email protected]

tofigabdin.com

 

 

 





10.11.2012    çap et  çap et