525.Az

"Kimlərsə az qala moda xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar"


 

Reklam haqqında yeni qanun olacaq

"Kimlərsə az qala moda xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar"<b style="color:red"></b>

"Reklam haqqında" yeni qanun layihəsi parlamentin İqtisadi siyasət komitəsinin 2014-cü il payız sessiyası ilə bağlı qanunvericilik işləri planına daxil edilib.

525.az-ın verdiyi məlumata görə, bu haqda sözügedən komitənin sentyabrın 19-da keçirilən  iclasında komitə sədri Ziyad Səmədzadə məlumat verib

Komitə sədrinin qeyd etdiyinə görə,  adıçəkilən qanun layihəsi komitə üzvləri- deputatlar Əli Məsimli və Vahid Əhmədov tərəfindən hazırlanıb və həmin sənədin artıq parlament rəhbərliyi tərəfindən qanunvericilik işləri planına daxil edilməsi məqsədəuyğun sayılıb.

Sözügedən qanun layihəsinin müəlliflərindən olan Vahid Əhmədov çıxışında  həmin sənədin qanunvericilk işləri planına saındığı üçün  Z. Səmədzadəyə və parlamentin sədri Oqtay Əsədova minnətdarlığını ifadə edib.

"Reklam haqqında" qanunun qəbulundan təxminən 15 il keçdiyini xatırladan V.Əhhmədov artıq yeni sənədin qəbuluna ciddi ehtiyac duyulduğunu vurğulayıb:

"Həmin vaxtdan bu yana ölkənin iqtisadi-siyasi həyatında, reklam bazarında xeyli dəyişikliklər baş verib. Bizim hazırladığımız yeni  qanun layihəsində də  xeyli yeniliklər, əlavələr var. Demək olar ki, mövcud qanunun 70 faizi dəyişdirilib.

 Bir daha hesab edirəm ki, dövrün reallıqları və tələbləri baxımıdan yeni qanunun qəbuluna cox böyük ehtiyac var və bu baxımdan, çox güman ki, biz onu payız sessiyasında müzakirələrə çıxarıb qəbul edə biləcəyik".

Qanun layihəsinin digər müəllifi Əli Məsimli də adıçəkilən sənədin qüanunvericilik işləri planına daxil edilməsindən məmnunluğunun bildirib və sözlərinə əlavə edib ki, bu gün Azərbaycanda reklamların vəziyyəti olduğca bərbaddır:

"Küçəyə çıxıb 15 dəqiqə gəzib dolaşıb baxmaq kifayətdir ki, reklamların nə vəziyyətdə olduğnu biləsən. Ona görə hesab edirəm ki, belə bir qanunun qəbulu çox vacibdir".

Komitə sədri Z. Səmədzadə də öz növbəsində Azərbaycanda reklamların vəziyyətindən narazlıığını ifadə edib.

O, xüsusilə, reklamların dilinə diqqət çəkib:

" Kimlərsə az qala moda xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar. Bu, düzgün deyil. Bu gün  telekanallarda Azərbaycan dilində  Azərbaycan məhsullarının, xüsusilə, yerli brend məhsulların reklamına da rast gəlmək olmur. Bu baxımdan, mən də hesab edirəm  ki, "Reklam haqqında" yeni qanun qəbulu çox əhəmiyyətlidir".

Kamil Həmzəoğlu

 





19.09.2014    çap et  çap et