525.Az

"Saakaşvili dövlət çevrilişi hazırlayır"


 

"Saakaşvili dövlət çevrilişi hazırlayır"<b style="color:red"></b>

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin keçmiş prezident Mixail Saakaşvili barədə səsləndirdiyi açıqlamalar ölkədə sensasiyaya səbəb olub.

Modern.az saytının məlumatına görə, nazir Gürcüstanın “Aliya” qəzetinə müsahibəsində sabiq prezident Mixail Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edib.
 
O, iddia edib ki, Mixail Saakaşvili öz silahdaşlarına Gürcüstanda xoas yaratmaq barədə göstəriş verib. Nazir keçmiş prezidentin Gürcüstan hakimiyyətini devirmək üçün xaricidə də iş apardığını vurğulayıb:

“Saakaşvili Türkiyədə və Ukraynada silahdaşları ilə görüşündə Gürcüstanda stabilliyi pozmaq təlimatını verib. O, bu məqsədlə 500 nəfərdən ibarət xüsusi qrupun yaradılmasını planlaşdırır. Onlar özləri də ayrı-ayrı mobil qruplara bölünəcəklər. Polisə strateji əhəmiyyətli obyektlərdə tətillərin təşkili ilə bağlı təxribatlar, zorakı aksiyaların keçirilməsi barədə məlumatlar daxil olur”.

Nazirin iddiasına görə, Mixail Saakaşvili Gürcüstanda yaşayan milli azlıqları bu provakasiyaya cəlb etmək istəyir. O, ölkədə planlaşdırılan narazılıqların motivlərini də açıqlayıb:

“Etiraz aksiyalarının müxtəlif istiqamətlərdə olması planlaşdırılır. Bura ictimai-iqtisadi tələblərdən tutmuş, Rusiya ilə münasibətlərə qədər məsələlər daxildir”.

 





19.09.2014    çap et  çap et