525.Az

“Onlayn media” müsabiqəsi elan olundu


 

“Onlayn media” müsabiqəsi elan olundu<b style="color:red"></b>

Multimedia Mərkəzi “Onlayn media” müsabiqəsi elan edib. Müsabiqədə informasiya cəmiyyəti, elektron hökumət quruculuğu, elektron xidmətlərin hazırlanması və tətbiqindən yazan jurnalistlər iştirak edə bilərlər.

Yazıların onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar) və s.) dərc olunması vacibdir.

Yazı mətninin həcmi 4.500-5.500 işarə arasında olmalıdır. Müsabiqəyə 1 sentyabr 2014-cü ildən 15 noyabr 2014-cü ilədək dərc edilən materiallar qəbul olunur. Materialların qəbulu 20 noyabr 2014-cü ilədək həyata keçiriləcək.

Qiymətləndirmə, nəticələrin elan olunması və mükafatlandırılma mərasimi noyabr ayının sonuna planlaşdırılır.

Müsabiqəyə təqdim olunan materialın orijinalı Azərbaycan dillində çap edilmiş olmalıdır.

Trend.az

 





19.09.2014    çap et  çap et