525.Az

"Qarabağ məsələsində Azərbaycanla ABŞ-ın mövqeyi, demək olar, üst-üstə düşür"


 

"Qarabağ məsələsində Azərbaycanla ABŞ-ın mövqeyi, demək olar, üst-üstə düşür" <b style="color:red"></b>

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq ölkəmiz öz ərazilərini geri qaytarmaq uğrunda mübarizə aparır".

Belə bir açıqlama ilə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Helsinki Yekun Aktının prinsipləri əsasında olmalıdır" fikrinə münasibət bildirərkən çıxış edib. 1975-ci ilin avqustun 1- Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropada Təhlükəsizlik Əməkdaşlıq üzrə müşavirəni xatırladan YAP rəsmisinin sözlərinə görə, həmin dövrə qədər Qərb sosialist bloku adlanan ölkələr qrupu arasında soyuq müharibə əhval-ruhiyyəsi var idi: "Bu müşavirədə həmin atmosferin götürülməsi dövlət səviyyəsində münasibətlərin yaxşılaşdırılması ciddi müzakirə predmeti oldu. Bununla bağlı ilk Helsinki Yekun Aktı qəbul olundu. Həmin Yekun Akta əsasən ikinci dünya müharibəsinin nəticələri bir daha tanındı. Sözügedən Aktda ərazi bütövlüyü məsələsi önə çəkildi.

Çünki
müharibələr bir qayda olaraq ərazi iddiası, yeni torpaqlar əldə etmək üçün bu ya digər ölkənin başladığı mübarizə nəticəsində baş verir. Məhz buna görə Avropa dövlətləri ərazi bütövlüyünü stabilliyin dünyada sülhün qorunması kimi vacib amil elan etdilər. Sözün düzü burada xalqların öz müqəddəratını təyinetmə prinsipləri nəzərdə tutulurdu. Amma sonradan həmin məsələyə əlavə izahlarla aydınlıq gətirildi. Bu, ilk növbədə mərkəzi hökumətin razılığı əsasında ərazi mövqeyi çərçivəsində yüksək muxtariyyətin verilməsi kimi nəzərdə tutulurdu".

Onun sözlərinə görə, heç təsadüfi deyil ki, 1975-ci il Helsinki Yekun Aktının qəbulu həmin dövrdə ərazi iddialarını xeyli səngitdi:

"
Beləcə Kosova insidentinə qədər Avropada hər hansı yeni bir dövlət meydana gəlmədi. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq ölkəmiz öz ərazilərini geri qaytarmaq uğrunda mübarizə aparır. Amerikalı həmsədrin  fikirlərinə nəzər salsaq, prinsipcə Azərbaycanın mövqeyi ilə bu gün ABŞ nümayəndəsinin mövqeyinin üst-üstə düşdüyünü söyləyə bilərik".

Qeyd edək ki, Uorlik İrəvanda olarkən bəyan edib ki, NATO bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün çıxış nöqtələri qismində BMT Nizamnaməsinə Helsinki Yekun Aktına əsaslanır.

Onun sözlərinə görə, prinsiplərə güc tətbiq etməmə, ərazi bütövlüyü, həmçinin xalqların öz müqəddəratını təyinetmə hüququ daxildir:

"
Nizamlanma bütün prinsiplərə əsaslanmalıdır. Həmsədr ölkələr davamlı tənzimləməyə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklər".

Diplomat qeyd edib ki, azad dinc Avropa ideyalarına sadiq qalan alyans kimi NATO uzunmüddətli münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərir:

"
Qeyd etmək lazımdır ki, NATO sammitinin bəyannaməsi tərəfləri danışıqların müəyyən edilmiş formatı çərçivəsində nizamlama istiqamətində işləməyə çağırıb. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, tərəflərin razılaşdıqları tam dəstəklədikləri format ATƏT-in Minsk qrupudur".

Dağlıq Qarabağ münaqişəsi üzrə bəyannamə məruzəni PA-ya təqdim etmək təşəbbüsünü şərh etmək xahişinə cavab olaraq diplomat vurğulayıb ki, Minsk qrupunun həmsədrləri Avropa Şurası Parlament Assambleyası tərəfindən atılan addımları görüblər:

"
Biz qeyd etmək istəyirik ki, ATƏT-in Minsk qrupu prosesi tərəflərin beynəlxalq ictimaiyyətin tanıdığı danışıqlar formatıdır. Ümid edirik ki, bütün tərəflər davamlı tənzimləmənin tapılması üçün bizimlə konstruktiv şəkildə işləyəcəklər".

PƏRVANƏ

 





19.09.2014    çap et  çap et