525.Az

Türkiyədə müğənni öldürüldü


 

Türkiyədə müğənni öldürüldü<b style="color:red"></b> Türkiyədə qadın müğənni bıçaqlanaraq öldürülüb.

Lent.az-ın "Sabah" qəzetinə istinadən məlumatına görə, TRT-nin salisti 33 yaşlı Xədicə Qaçmaz  15 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun evlilik təklifini rədd etdiyi üçün öldürüldüyü deyilir.
 
Bildirilir ki, TRT-nin əməkdaşı olan müğənni onunla evlənmək istəyən Orxan M. adlı şəxsin təklifini rədd edib.
 
Qeyd edək ki, sənətçinin qardaşı Gökmən Süleymanoğlu bildirib ki, Orxan M. əvvələr atası və qardaşını bıçaqladığına görə məhkumluq həyatı yaşayıb.
 
Onuda qeyd edək ki, Xədicə Qaçmazın ilk evliliyindən 5 yaşlı uşağı qalıb.
 





19.09.2014    çap et  çap et