525.Az

Çarpayının altından avtomat çıxdı


 

Çarpayının altından avtomat çıxdı <b style="color:red"></b> Bakıda qanunsuz silah saxlayan şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, Qaradağ rayon 38-ci Polis Bölməsinin əməkdaşları qanunsuz odlu silah əldə edib saxlamaqda təqsirli bilinən Beyləqan sakini, 52 yaşlı Eyvaz Allahverdiyevi yaxalayıb.

Onun Sahil qəsəbəsində yaşadığı evə baxış zamanı çarpayının altından 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd avtomat sandıqçası, 110 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd tüstü şaşkası aşkar edilərək götürülüb. Saxlanılan şəxs bildirib ki, silah sursat ona dünyasını dəyişmiş qardaşından qalıb.
 
Araşdırmalar davam etdirilir.
 





19.09.2014    çap et  çap et