525.Az

Göyçayda "uçan boşqab"?


 

Göyçayda "uçan boşqab"?<b style="color:red"></b>

Göyçay səmasında naməlum uçan obyekt görünüb.

APA-nın məlumatına görə, ötən gecə saat 22:00 radələrində Göyçay rayonu üzərində qeyri-adi formada parıldayan naməlum uçan obyekt müşahidə olunub. Kürə şəklində olan obyekt əvvəlcə çox hündürlükdə işıq saçıb, sonra aşağı enərək  şərqdən qərbə doğru hərəkət edib və yenidən yüksəkliyə qalxıb. Ətrafa güclü işıq saçan obyekt 2 dəqiqə ərzində görünərək gözdən itib. Şahidlər bu müddət səmada sanki diametrli 50-60 santimetr olan bir projektorun işıqlandığını, həmin zaman səmanın süd rənginə büründüyünü bildiriblər.

Rayon sakinləri naməlum uçan obyektin Göyçay səmasında hərəkətini kamera ilə lentə ala biliblər. Sakinlər Göyçay səmasında buna bənzər obyektə bu ilin iyununda da rast gəldiklərini və həyəcan dolu anlar yaşadıqlarını bildiriblər.

 





10.11.2012    çap et  çap et