525.Az

Qırğız prezidenti səfir Hidayət Orucovu təbrik edib


 

Qırğız prezidenti səfir Hidayət Orucovu təbrik edib <b style="color:red"></b>

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə Səlahiyyətli səfiri Hidayət Orucova 70 illik yubileyi münasibəti ilə təbrik məktubu göndərib.
 
Məktubda deyilir:

Hörmətli Hidayət Xuduşoğlu, Sizi həyatınızda əlamətdar hadisə olan - 70-illiyiniz-yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

 

Siz Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə Səlahiyyətli səfiri, həm təcrübəli siyasətçi kimi bizim dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın dostluq münasibətlərinin inkişafına dərinləşməsinə böyük töhfə verirsiniz.

 

Cənab Səfir, Sizə can sağlığı, tükənməz enerji, vətənə xidmətdə bizim qardaş xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm”.

 

Təbrik məktubunu Hidayət Orucova Qırğız Respublikası Prezident Aparatının rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Sapar İsakov təqdib edib. Sapar İsakov Hidayət Orucovu sentyabrın 16-da Prezident Aparatına dəvət edərək onunla görüşüb. Görüş zamanı S.İsakov Qırğız Respublikasının Prezidentinin H.Orucova ünvanladığı təbrik məktubunu İpək Yoluadlanan Prezident hədiyyəsini ona təqdim edib. Həmçinin, S.İsakov səfir H.OrucovunAzərbaycan Respublikasının Prezidentinin fəxri diplomuilə təltif olunması münasibəti ilə ona öz təbriklərini çatdırıb.

Səmimi
söhbət zamanı S.İsakov Qırğızıstan-Azərbaycan münasibətlərinin genişləndirilməsində möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin böyük xidmətləri olduğunu xüsusi qeyd edib.

 

Səfir H.Orucov fəaliyyətinin yüksək qiymətləndirilməsinə ad günü münasibətilə səmimi təbriklərə görə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə dərin minnətdarlığını bildirib. Səfir Azərbaycan-Qırğızıstan arasında ikitərəfli münasibətlərin bütün sahələri üzrə inkişaf etməsində genişləndirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

 

Qeyd edək ki, səfiri Hidayət Orucovu 70 illik yubileyi münasibəti ilə Qırğız Respublikasının Baş naziri Coomart Otorbayev, xarici İşlər naziri Erlan Abdıldayev, ölkənin digər nazirləri, dövlət ictimai xadimləri təbrik ediblər.
 





20.09.2014    çap et  çap et