525.Az

Yaşasın Türklük! - M.Ə. Rəsulzadə


 

Yaşasın Türklük! - <b style="color:red">M.Ə. Rəsulzadə</b> Məhəmməd Əmin Rəsulzadənin əsərləri - V  cild  (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)  

(
Əvvəli ötən şənbə sayımızda)

Xariciyyə naziri-sabiqi Məhəmməd Həsən HacınskiAslan bəyin nitqinə qarşı protesto edərək diyor ki: Paşanın rəyi müəyyəndir. Onun baxacağı işlər ancaq ümuri-əskəriyyədir. Azərbaycanın kəndisinə nüfuzlu bir hökumət təsisini səmimi qəlblə arzu ediyor. Fəqət təşkili-hökumət xüsusunda müşaviri-mülkisi bulunan Əhməd bəy Ağaoğlu ilə görüşməmizi məsləhət elədi. Əhməd bəy isə Seymin cəmaət arasında dərəcə sahibi-etibar olmasını sordu qəti surətdə türk əskərləri Azərbaycan hökuməti ilə əhali-islamiyyə arasındakı hər növ mümkünülvüqu münaqişələrə müdaxilə etməyəcəgini ixtar elədi, hökumətin istefası məhzən öz rəyi, öz xahişi kəza məclisin əvvəlcədən mövcud bulunan qərarına görədir. qətiyyən başqa təsir altında degildir.

Məhəmməd Yusif CəfərovƏhməd bəy ilə nümayəndələrimiz arasında keçən danışıqdan bən öylə anlıyoram ki, imdiki hökumət ilə cəmaət arasında bir münaqişə çıxarsa, türk əskərləri tamamilə bitərəf qalacaqlardır. Fəqət anlıyamıyoram ki, bu bitərəf qüvvə yeni şəkildə təşəkkül edəcək olan hökumətə əcəba, hanki məntiqlə kəndi himayəsini təmin edəcək ümidini veriyor.

Nəsib bəy Yusifbəyliİşin bir üzü var, bir astarı, deyə başladı: Aşkardır ki, Paşa həzrətləri Dövləti-Aliyeyi-Osmaniyə Azərbaycanın müstəqil qalıb da kəndisinə bir hökumət təşkil etməsinə tərəfdardır. Məlum işdir ki, onlar bizim işlərimizə müdaxilə etmək istəməzlər. Fəqət Paşanın ətrafını məxsus adamlar, şübhəli şəxslər tutmuşlar ki, Aslan bəy onlardan bəhs elədi. Bu adamlara bizim əlimizdə bulunan hüquqdan istifadə etmək lazım. Bu hüquqdan biz bərk yapışar heç bir güzəşt etmək istiyəməzsək, məmləkətin beynəldüvəl hüququnu əngəl edə biləriz. Bu isə bəlkə böylə müşkil bir zamanda bulunduğumuz üçün vətənpərvəranə bu hərəkət olamaz. Bunun üçün bən təklif edərim ki, kabinənin istefasını qəbul edəlim, sonra rəisimizə tapşıralım ki, kəndisi etimad etdigi bir adama yeni bir hökumət təşkilini tapşırsın. Yeni təşkil olunacaq hökumətə hürriyyətdən hasil olan bütün əsasları mühafizə etməsi onlara sadiq qalması şərtilə səlahiyyəti-tammə verəlim ki, məmləkəti idarə edib yaxın zamanda Məclisi-Müəssisan dəvət eləsin bu ixtiyarını kimsəyə xoşluqla təslim etməyib qiymətdar bir əmanət kibi saxlasın yalnız qüvvət süngüyə təslim olsun. Bunu da ərz etməliyəm ki, istiqlalımıza qarşı vaqe olacaq təcavüzə qarşı ilk əvvəl üsyan çıxaran bən olacağam.

Sultan Məcid QənizadəAnlaşıldı ki, bizim istiqlalımıza hökumət təşkil etməmizə Paşa tərəfindən maneəlik yoxdur. Biz isə türkü öz xoşumuz öz rəyimiz ilə buraya gətirmişik.

Cəmaətimiz bizdən dönüb, kəm etinalıq var. Bunla belə bizim hürriyyət istiqlalımızda qorxu görünür. Ona binaən lazım gəlir ki, ancaq cəbr zülmə tabe olaq.

Məhərrəmovəhvalı təhlil edərək böylə bir təklifdə bulunuyor ki, Milli Şura kəndisini fəsx ilə cəmaətdən almış olduğu hüququ kimsəyə tərk etmədən haman cəmaətin kəndisinə qaytarmalıdır.

Məhəmməd Yusif Cəfərov – (titrək bir səslə) Əvət, məlum olur ki, əski bürokrat üsulu ilə bizi Tiflisdən buraya dəvət etdilər. Hürriyyətimizi alırlar. Yüngüllük ilə aldığımız hürriyyəti yüngüllük ilə veriyoruz. Əvət, kömək gözlədigimiz Osmanlı qardaşlarımız ürəyimizi oxluyor, həyatımızı zəhərliyorlar, deyə ağlayaraq oturuyor.

Məhəmməd Həsən HacınskiMəhəmməd Yusifin Türkiyə qardaşlarımız həqqində kullandığı lisan kəlmələri qətiyyən rədd edərim. Bizi kimsə təzyiq etmiyor. Kimsə bizim istiqlaliyyət hürriyyətimizə təcavüz etmiyor, bizi ilhaqa icbar edən yoxdur. Bu fikirlərdən vaz keçməli, əgər kəndimiz bir hökumət təşkil edib xəlqin etibarına məzhər etdirərsək, türklər buna qarşı degildirlər. Buna zidd gedənlər varsa özümüzkülərdir. Nəsib bəyin nitqinə gəlincə, deməliyəm ki, bən hürriyyət muxtariyyət üçün ölümə hazıram, bu yolda bən Osmanlı türkləri içində bulunan əməlpərvər federalistlərlə bərabər olmaq istərəm.

Qasım bəy CamalbəyovBunların hamısı oyuncaqdır. Bizi buraya dağıtmaya gətirmişlərdir. Bu işi sazlıyan əskidən anarxiya tərəfdarı olan adamlardır, biz burada hökumət təşkil edə bilməriz.

Əhməd bəy Pepinovəsasən Nəsib bəyin rəyinə iştirak edərək əlavə ediyor ki, məclis inhilal əvəzinə qeyri-müəyyən bir vəqtə qədər tətil eləsin.

Şeyxülislamovdiyor ki, cəmaətin bizə təslim etmiş olduğu hüququ kimsəyə tərk edə bilməz. Qoy bizi çəksinlər, buradan qovsunlar. Bu qədər məlumdur ki, bizi qovacaq olanlar Azərbaycanın da, Türkiyənin düşmənləridir. (Burada natiqlər siyahısı qapanıyor hər natiqə 5 dəqiqə danışıq vəqti verilir).

Rəhim VəkilovNəsib bəyinMüsavatnaminə elədigi təklif ehtimal ki, Müsavat firqəsinin çəkildigi son səngəridir zəruridir. Bu iki nəticə ilə qurtara bilər: ya yeni fütuhat, yaxud qara zirzəmilər. Bən isəm bəşəxsə bədbiyanə bir hissiyyatda bulunaraq hər halda ikinci nəticəyə intizar ediyorum. Biz heç bir zaman böyük saraylarda oturmaq Şamaxı ilə Kürdəmir xalıları üzərində mürəbbenişin olmaq niyyətində degildik. (Gurultulu alqış). Bu vəqtə qədər türklük türk məhəbbəti ilə yaşayan ziyalı gənclərlə imanlı türk qardaşlarımız arasında daima rus çinovnikləri qapısında baş əyən qara qəlbli, çinovnik tinətli adamlar hayil olmuşlardır. Bu hayillər dün bizə karvansarada yer göstərirdilər. Fəqət onların mərhəmətinə qalırsa onlardan karvansara azdır, qaranlıq zindanlar gözlüyoruz. Həm qorxusuz, çaşqınlıqsız bir surətdə gözlüyoruz. Çünki məmləkətin pak qüvvələri hər zaman rəsmi məhfillərdən uzaq siyah çallardan parlamışdır. Çünki qaranlıq zindanda millətin iradəsi, əzmi cihadı tərbiyə olunuyor.

RzayevKüçəyə tabe olmaq olmaz. Hüququmuzu küçəyə verə bilməriz. Çıxalım küçəyə, açalım cəmaətin gözünü.

Aslan bəy Səfikürdskibu günə qədər bizi inandırırlardı ki, türklər bizim istiqlalımızı istiyorlar. Bu günlərdə isə görüyorum ki, əhvalat dəgişmişdir. Ona görə bən təklif ediyoram ki, təcili Batuma bir nümayəndə göndərib oradan məlumat almalı ancaq ondan sonra bir qərar çıxarmalıdır.

Nəsib bəyMəhəmməd Həsən bəy bəni iyi anlamadı. Bən demiyoram ki, osmanlılar bizə qarşı gediyorlar. Bizim hürriyyət istiqlalımızı təhdid edənlər qara qüvvələrdir. Bu qüvvələrə qarşı şübhəsiz ki, üsyan etməliyiz.

Məlikaslanovzaman fənadır. Cəmaət hökumətsiz qalamaz. Başqa çarə yoxdur. Tazədən hökumət təşkil etməliyiz.

Xan Xoyskişəkk şübhə yoxdur ki, müşkül bir zamandayız. Şuraya kömək verməyib onun təşkil edəcəgi hökumətə kömək verməgə bir növ məntiqsizlik yox degildir. Var, bunu qəbul edərim. Fəqət bu, bir həqiqətdir. Bununla hesablaşmalıdır. Məmləkət hökumətsiz buraxılamaz.

Rəisburada iki qorxu vardır. Birisi xarici, digəri daxili. Qorxuyorlar ki, istiqlalımızı udar, bizi ilhaq edərlər. Bu təhlükə bəni o qədər düşündürəmiyor. İlhaq olsa belə kəndi millətdaşlarımızla həmdərd oluyoruz. Qorxuludur ki, Azərbaycanda qara qüvvələr üstün gəlsin. İştə bəni artıq dərəcə əndişənak edən cəhət bu fəqərədədir. Bu fəqərəyi bilxassə düşünməliyiz. Burada əgər əlimizdəki hüquqi səlahiyyətdən istifadə etməyib bütün hökumət təşkilatını başqa qüvvələrə tərk edərsək, o zaman qara bir hökumət təşkili qorxusu var. Halbuki burada icrayi-nüfuz edərsək, daha münasib bir hökumət təşkilinə müvəffəq ola biləriz. Bunun üçün bən Nəsib bəyin təklifinə iştirak edərim.

Nəsib bəytəklif ediyoram ki, kabinənin istefası qəbul olunsun. Şurayi-Milli rəisinə rücu edilsin ki, ricaldan birisinə müraciət edərək hökumət təşkilini kəndisinə həvalə etsin.

Bu təklif ittihadi-ara ilə qəbul olunuyor.

Aslan bəy Səfikürdski. Müsəlman sosialistləri bloku naminə bəyan ediyoram ki, bizim firqə yeni təşkil olunacaq hökumətdə iştirak etmiyəcəkdir.

Şeyxülislamov dəxiHümmətfirqəsi naminə böylə bir bəyanatda bulunuyor.

Yuxarıdakı bəyanatlar nəzəri-etibarə alınıyor. Məclis saət 4- qapanıyor.

Haman gün Şurayi-Milli rəisi Fətəli xan Xoyski cənablarına müraciətlə yenidən kabinə təşkil etməsini istiyor. Kabinənin təşkili əsnasında yenə Ağaoğlu Əhməd bəy Heyəti-Vükəla rəisilə Nuru Paşanın müməssili sifətilə kabinə təşkilində iştirak ediyor. Nəhayət, kabinə təşəkkül ediyor ki, gərək kabinənin təşkili gərək buna təqəddüm edən qərarlar aşağıdakı məzbətədə görülüyor:

Azərbaycan Şurayi-Millisinin iyun 17, 1918 sənəsi Gəncədə münəqqid iclasi-ümumi-fövqəladəsinin məzbətəsi (8-ci iclas).

İclas gecə saət 12-nin yarısında sabahkı iclasda hazır bulunan əzanın hüzuru Rəsulzadə Məhəmməd Əmin əfəndinin rəyasəti ilə iniqad ediyor.

Şeyxülislamov məclis iftitah oluncaHümmətfirqəsi naminə bəyan ediyor ki:

Hüsulə gələn əhvaldan dolayı Milli Şuranın hürriyyətlə çalışacağı mümkün olmadığındanHümmətfirqəsinə mənsub olan əza şuradan istefa elədiklərini elan edirlər”.

Rəis təklif ediyor ki, Dövləti-Aliyeyi-Osmaniyyə ilə Azərbaycan Cümhuriyyəti miyanında əqd olunan müahidəyi-əsasiyyə ilə sair müqavilələr məclis tərəfindən baxılıb da təsdiq olunsun. Məzkur müahidə müqavilələrin bəzilər tərəfindən qiraəti Soltan Məcid Qənizadə cənabları tərəfindən isə maddəbəmaddə müzakirə olunub da hər maddə üçün ayrıca rəy alınması təklif olunursa da, əksəriyyət şuranın bu müahidə müqavilələr məzmunu ilə Tiflisdə ictima edən bir iclas vasitəsilə aşina olduğunu mətnlərinin bu surətlə rəsmən əzayə elan edildigini nəzərə alaraq bununla iktifa edərək təsdiq müzakirəsinə keçməyi müvafiq bulur. Nəsib bəy ilə Əhməd bəy Pepinov bilxassə maddəbəmaddə oxumaq təklifini tənqid edirlər. Xariciyyə naziri Məhəmməd Həsən Hacınskimüahidə müqavilələri oxumaya uzun-uzadıya münaqişə etməyə məhəl yoxdur, çünki bu maddələrin həpsi sizin rizanızla əqd olunmuşdurdiyor. Nəhayət, rəis tərəfindən təklif olunan aşağıdakı qərarnamənin qəbulu ilə Batum müahidələri təsdiq olunuyor. Keyfiyyəti-təsdiq alqışlarla qarşılanıyor.

Qətnamə:

Batumda 1334 sənəsi həziranın 4- Azərbaycan Cümhuriyyəti naminə mürəxxəs Məhəmməd Həsən Hacınski ilə Məhəmməd Əmin Rəsulzadə cənabları ilə Dövləti-Aliyeyi-Osmaniyə naminə mürəxxəsi ədliyyə naziri Şurayi-Dövlət rəisi-dpvlətlisi Xəlil bəy ilə Üçüncü Ordu komandanı Vəhib Paşa həzrətləri tərəfindən əqd imza olunan müahidəyi-əsasiyyə ilə iki məlfuf bir müqaviləyi-əskəriyyəyi həmçinin neft bürosu həqqində Azərbaycan, Gürcüstan Dövləti-Aliyeyi-Osmaniyə miyanında bağlanan müqavilə ilə dəmiryol sanət nəqliyyəsinə aid Dövləti-Osmaniyə, Azərbaycan, Gürcüstan Ermənistan dövlətləri arasında bağlanan müqavilələri Azərbaycan Şurayi-Millisi həziranın 17-dəki iclasında təsdiq eləmişdir”.

Məhəmməd Həsən Hacınskinin təklifi üzərinə Şurayi-Milli rəisi bu münasibətlə teleqram çəkərək böyük qardaş Türkiyə Məclisi-Məbusanını təbriklə məmur ediliyor.

Sosialist blokundan Məhərrəmov blok naminə bloka mənsub bulunan şura əzasından istefa etdiklərini bəyan ediyor.

Rəis Rəsulzadə Məhəmməd ƏminHəzarat, sizin üçün arzuyi-ümumiyyənizə nəzərən bən Azərbaycan hökumətinin təşəkkülü üçün təşəbbüs edərək kabinə təşkilini möhtərəm Fətəli xan Xoyski cənablarına həvalə etdim. O da qəbul elədi. Müsaidənizlə kabinə heyətini sizə mərufluq buyursunlar.

Fətəli xan XoyskiHəzərat, zamanın əhəmiyyəti öhdəmə vagüzar olunan məsuliyyətin ağırlığını dərk edərək bu idrak qarşısında titrəyərək möhtərəm rəisimizin təklifi üzərinə kabinə təşkilinə girişdim. Kabinənin müfəssəl proqramını sizə şimdiki anda təqdim edəcək bir hal zamanda degiləm. Müxtəsərən proqramımız məmləkətin səadəti, hürriyyəti istiqlalını müdafiə etməkdir. Yoldaşlar tamamilə məsləklərində qaimi-vicdaniyyətlə çalışacaqlarını vəd təmin eləmişlərdir. Sizə rizaməndlik edər, müavinəti-mənəviyyənizə ərzi-ehtiyac elərəm. İnşəallah daha müsaid bir zaman içində buluşuruz. Kabinəyə daxil əza bunlardır:

1) Fətəli xan Xoyski
2) Məhəmməd Həsən Hacınski
3) Yusifbəyli Nəsib bəy
4) Topçubaşov Əlimərdan bəy
5) Behbud ağa Cavanşir
6) Xəlil bəy Xasməmmədov
7) Xosrov bəy Sultanov
8) Rəfibəyov Xudadad bəy
9) Məlikaslanov Xudadad bəy
10) Aşurov Ağa
11) Əmircanov Əbdüləli bəy
12) Rəfiyev Musa bəy

Cəfərov Məhəmməd Yusifhökumətin surətdə, kibi şərait təzyiqlər altında təşəkkül etdigi məlumumuzdur. Artıq uzun-uzadıya müzakirə tənqid zamanı degildir. Lazımdır ki, hökumətə daxil olan yoldaşlarımıza müvəffəqiyyət diləyəlim. Həm lazım olursa, bütün qüvvətlərimizlə onlara kömək etməmizi vəd edəlim. Əlbəttə ki, onları yalnız buraxmayız. Fəqət bununla bərabər lazımdır bir düstur olsun hökumətin proqramı bəlli degildir. Bunun üçün zənn edəriz ki, bu hökumətə yalnız həqqi-idarə verilə bilər. Vəzi-qəvanin həqqi verilməz. Bu hökumətin vəzifəsi bir an əvvəl Məclisi-Müəssisan dəvətidir.

Məhəmməd Həsən HacınskiYalnız həqqi-idarə deməkdir?

Rəisbu xüsusda Şuranın sabiqən qərarları olsa gərək.

Nəsib bəyhökumətə etibarınız varsa, gərəkdir ki, kəndisinə ixtiyar tam verəsiniz. Bu hökumət gərək əsasati-məlumə daxilində ifayi-vəzifə etsin. Sonra da Məclisi-Müəssisana cavab versin.

Həsən bəy Ağayevyeni hökumət təcəllən təşkil olunuyor. Məqsəd yalnız idarə işlərini yoluna qoymaqdır. Məhəmməd Yusiflə iştirak elərəm.

Məhəmməd Həsən HacınskiMəhəmməd Yusif rəçtəsilə icrayi-hökumət etmək qabil degildir.

Şəfi bəy RüstəmbəyovMəhəmməd Yusifin təklifi qeyri-məqbuldur. Çünki idarə etmək üçün dəxi qəvanin vəz etmək lazımdır. İdarə qanunları hökumətdən bu həqqi tənzih etmək olmaz.

Fətəli xan Xoyskiqanun vəz etmək həqqi hökumətə verilməli, bu şərtlə ki, o qanunlar Məclisi-Müəssisan təsdiqinə ərz olunsun.

Makinskihökumət ixtiyarat naminə malik bulunmalıdır.

Xəlil bəy Xasməmmədovqanun qoymağa hökumət səlahiyyətdar olmalıdır. Başqa dürlü olamaz. Yalnız əsas qanunları hökumət vəz edəməz. Bu Məclisi-Müəssisan vəzifəsidir.

Bu mövzuda bir kaç natiq dəxi bəyani-rəy ediyorlar. Nəhayət, əksəriyyəti-ara ilə hökumətə bəyani-etimad edilir. Soltan Məcid Qənizadə cənabları hökumətdən bəzilərinə etimad etmiyoramdiyor. Nəhayət, hökumətin vəzaifini hüququnu təyin etmək üzrə aşağıdakı qərar verilir:

Şəkli-hökumət: əsas istiqlal siyasi hürriyyətlər xüsusunda mövcud olan əsaslarda Azərbaycan hökumət mövqutəsi dəxil təsrif edəməz. Topraq sair bu kibi böyük məsələlər həqqində mövcud olan inqilab qanunlarını vəz edəməz. Altı aydan gec olmamaq üzrə Məclisi-Müəssisan dəvət edər. Başqa idari xüsuslarda isə səlahittəyi-tamməyə malik bulunur”.

Bundan sonra məmləkətin böyük bir anarşi içində olduğunu, xaricən dəxi təhdid edildigini nəzərə alaraq Nəsib bəy tərəfindən təklif olunur ki, məclis kəndisini buraxaraq bütün səlahiyyət məsuliyyəti hökuməti-müvəqqətəyə tərk eləsin.

Bu xüsusda müzakirə olunaraq Məhəmməd Yusif Cəfərov məclisin fəsxi degil, müvəqqətən tətilini tənsib ediyor. Əhməd bəy Pepinov da bu fikri iltizam ediyor. Yalnız əhval şərait mətalibi-fövqəladə mülahizəsilə əksəriyyət aşağıdakı qərarı alır:

Azərbaycan keçirməkdə olduğu müşkülati-daxiliyyə xariciyyəyi nəzəri-etinayə alaraq Azərbaycan Şurayi-Millisi bütün hüququ səlahiyyətini Fətəli xan Xoyski təhti-sədarətində təşəkkül edən kabinəyə həvalə məzkur kabinənin arayi-ümumiyyə üzərinə müstənd bilatəxir Məclisi-Müəssisan dəvət oluncaya qədər Azərbaycan həqqi-hakimiyyətini kəndi əlində bulunduraraq kimsəyə tərk etməməyə müvəzzəf edər”.

Bundan sonra şura əzalarının məaşı həqqində bir təklif girdiliyor. Təklif mövqeyi-müzakirədən qaldırılaraq bu xüsus hökumətin qərarına həvalə olunuyor.

Rəis Məhəmməd Əmin RəsulzadəHəzərat, daha sabahkı iclasımızı açdığım zaman kibi məsuliyyətli ağır bir zaman içərisində bulunduğumuzu izhar eləmişdim. Tarixi məsuliyyətin bütün o çəkilməz yükünü şimdiki qərarınızla Fətəli xan Xoyski cənablarının təşkil elədikləri hökumətin omuzlarına yüklədiniz. Bu qərar bir tərəfdən əhvalın icabı, digər tərəfdənblokiləHümmətin istefaları üzərinə mənən şəklən alınmaq məcburiyyətini hasil etmişdi. Dünya müharibəsi Rusiya inqilabının təsirləri ilə yeni doğmuş həyati-siyasiyyəyə ilk qədəm basmış olan Azərbaycan qayəsi olunmaz mühüm dəqiqələr keçiriyor. Bu yeni türk növzad siyasəti rəşid bəliğ bulub da millətlər zümrəsinə bir amali-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuqlar kibi südəmər halında ikən tərki-həyat edəcəkmidir? İştə bütün zehinləri işğal edən bir məsələ. İştə bir zaman kəsə müqəddərati-milliyyəyi əllərinə alanlar üçün Azərbaycan növzadını tələf etdirməmək kibi müşkül, fəqət müşküllügü ilə bərabər şərəfli bir vəzifə böylə məsuliyyət tərtib ediyor. İştə böylə bir zamanda böylə bir məsuliyyəti-əzimənin bargirani altına girmiş olduğu halda Fətəli xan cənabları hüzurunuza çıxıb da etimadınızı istəməklə kəndisinə iqtidar arayır. Fəqət bunu yaparkən o, diqqət etdiniz yəqin ki, heç bir zaman heç bir məkanda bu dərəcə lərzan hərasan görməmişdiniz. Bu nəyə bənzər bilirsiniz?! Dəhşətli həngamələrdə, səfahati-hərbin məsuliyyətli dəmlərində ricət yapmaq məcburiyyətində qalan bir ordunun mövqeyi-məxsusi son dərəcəyi-imkanə qədər mühafizə etmək üzrə buraxdığı müfrəzəyi istila edə bilən hərras xəşyətə...

Əvət, əfəndilər, Azərbaycanın paytaxtı mövqeyini bulunan Gəncədə naqis olsa, hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin şu surətlə meydandan çəkilmək məcburiyyətində qalması heç şübhəsiz demokrasinin bir ricəti, qüvayi-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət pak qüvvətlərə müqabil, qara napak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən baxınca ilk nəzərdə bizim halımız o qara binanın halına pək bənziyor kibidir. Bu hallarımızda Rusiya məqasidi-inqilabiyyəsinin iflasına dair bir əqidə hasil ediyor. Fəqət əfəndilər, zəvahirlə qalmıyalım, səthi düşünməyəlim, pək məyus olmuyalım, Rusiya inqilabi-əzimi hər derlərsə desinlər, qətiyyən iflas etmədi. Rusiyadakı inqilab yapacaqdı? Bu sualaBöyük Rusiyafikri ilə məsmum olan rus inqilabçıları nöqteyi-nəzərindən degil, inqilabın kəndi təbiətini təhlil edərək cavab verməlidir. Böylə baxılırsa, Rusiya inqilabı məzlum məğdur siniflərlə məhkum millətləri azad etməlidir. Məğdur siniflər təqdir edəlim ki, istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal ediyorlar. Əvət, dünyanın altıdan birini tutan böyük Rusiya yaratmaqlamı müvəzzəf idi. Qətiyyən degildi. Ətrafa gedən sinif hürriyyətləri əlbəttə ki, təqdir olunacaq mötədil bir şəklə girəcəkdir. Çünki bu hürriyyətin şəkli-haziri heç şübhəsiz ki, hürriyyət degil, bir afətdir. Fəqət bu yolda yapılacaq ricət əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun ötəsində degil, büryəsində tovqif edəcəkdir. Demək əhval əvvəlkisinə nisbətlə hər halda iyi olacaqdır.

Əfəndilər, bən sabiq Rusiya ərazisində güzəran etməkdə bulunan vəqayə böylə baxıyoram. Buna görə hala ümidlərimlə bərabər yaşıyoram. Biliyoram əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət nəticələrə, elan etdigi əqanimi-hürriyyətdən son dərəcədə istifadə edəcəkdir. İştə müstəqil bir Azərbaycan siyasətdən kəsbi-hürriyyət istiqlal edəcək, Azərbaycanda ictimai hürriyyətlər hüquqi-bəşərə aid düsturlar hər halda müstəbid Rusiya zamanından daha geniş, daha əlverişli olacağına şübhə etməm. Hətta əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə icrayi-nüfuz edən edəcəgi mütəsəvvir bulunan qüvvət yabancı bir qüvvət degil, öz qüvvətimizdir. (Alqışlar). Burada istiqlal böyük şanlı bir millətin müxtəlif şöbə budaqlarını tövhidə doğru gedəcək ki, eyni məqsədimizdir. (Alqışlar). İctimai hüquqi hürriyyətlərdə bir ləfzi-qayib etsək belə, siyasətən qazanacaq, təlafi-mafüqət edəcəgiz. Halbuki Ukrayna, Gürcüstan sairə öylə degildir.

Əvət, əfəndilər, pək naümid olmayalım. Tarixin amali-milliyyəmiz nöqteyi-nəzərindən müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət ələ keçdigini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təsbitinə sərf edəlim. Bunun üçün hər dürlü fədakarlığa amadə bulunalım.

Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin ifası üçün təvəkkül ediyor, bütün məsuliyyəti öhdəyi-himmətinizə təhmil etməklə zənn etməyiniz ki, yalnız qalırsınız. Yetişər ki, siz keçməkdə olduğumuz zamanın əhəmiyyəti ilə münasib, amali-milliyyə ilə müvafiq türklügün əlasına, Azərbaycanın hürriyyətinə, türk kütləsinin mənafeyinə münətif olan icraəngiz kəsalət müsahilə göstərməyib , yorulmaz bir əzmlə çalışasınız, biz hər zaman sizə mübin olmaya hazırız. İstədiginiz zaman bizi kəndinizlə bərabər yola çıxınız. Biz hüzurumuzla sizə mübin olmaya hazır olacağımız kibi icabı təqdirində başqa yollarla da sizi təqbiyəyə hazırız. Nitəkim bugünki tətilimiz dəxi bu hisslə bu məqsədlə icra olunur.

Şurayi-Millinin heyəti-hazirəsi həqqində vaqe olan tənqidatə qarşı buradan bəhs etməyə lüzum görmüyoram. Siz biliyorsunuz ki, bu tənqidat həpsindən ziyadə əsasə mətufdur. Bu münəqqidlər həqqindəki mühakiməni tarixə həvalə edəlim. Bir kaç ay sonra əgər bu vahi tənqidlərdə arzui-millət arayan ərkani-əsasın degil, heyətin əleyhində isələr hürriyyət intixabatı təminlə millətin həqiqi tələqqiyatını görərlər. Millət kəndisi bizimlə onların arasında hökm (hakim): o zaman həqq ilə batil əyan olur.

Şimdi artıq bu ağır günlərdə öhdəsinə ağır bir vəzifə təvəddilə tərk etdigimiz ərzi-vida edəlim ayrılalım.

Əfəndilər, sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan başqa bir şey görmədigim arkadaşlarımdan ayrıldığım əsnada öhdəmə vagüzar etmiş olduğunuz vəzifə saiqi ilə yapmış olduğum qüsurlarımın əfvini diləməgi ayrıca isterham edərəm. Şimdi vəqt gəliyor, saəti-vida vuruluyor, yekdigərinə qardaşca sənə əlvida edəlim ayrılarkən əfəndilər, bu ümidlə gedəlim ki, inşəallah yaxında Azərbaycanın paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan dairəsində buluşuruz.

Yaşasın Azərbaycan!

Yaşasın Türklük!

(Şiddətli sürəkli alqışlar).

Məclis saət ikidə qapanır.

Bu gündən dörd ay sonra sentyabrın 15- türk komandanlığının müzahiratı ilə Azərbaycan hökuməti paytaxtını istirdad ediyor. Noyabrın 15- təkrar Şurayi-Milli həyatə çağrılıyor. Şurayi-Milli kəndi əsasını dəgişərək mövcud əsasına yeni əzalar əlavə edərək dekabrın 7- parlaman açılıyor.

R.Kusalı
Məzbətəprotokol, qərarnamə
Hayildəyişmiş, qorxunc
Təqəddümirəli keçən
Məlfufzərfə qoyulmuş
Məlfufatfərman
Məmurəmr almış
Vəzi-qəvaninqanunların təsiri, vəziyyəti
Tənzihtəmizləndirmə
Tənsibmünasib görmə
Müvəzzəföhdəsinə almaq
Lərzantitrək, titrəyən
Hərasanürkək
Ricətgeriyə dönmə
Hərrasqoruyucu, keşikçi
Xəşyətqorxu
Zəvahirzahirdə olanlar
Məsmumzəhərlənmiş
Tövhidbirləşdirmə
Təlafiəvəzini çıxma
Təvəkkülixtiyar sahibi, vəkalət alma
Münətifqulaq asan, üz çevirən
Mübingöstərici
Təvəddsevmə, eşq
Kusalıtəbilçi, ilhamçı

(Ardı var)

 





22.09.2014    çap et  çap et