525.Az

“Tələtin apteki", “Lauranın məktəbi", “Tağının kitab mağazası"...


 

“Tələtin apteki", “Lauranın məktəbi", “Tağının kitab mağazası"...<b style="color:red"></b>

Son aylar həmyerlilərimlə keçirdiyim görüşlərdə təsadüfən azyaşlı nəvələri iştirak edib.  Hər dəfə məktəbyaşlı uşaqların ləhcəsində belə qarabağlılıq əlamətlərinin qalmadığının şahidi oluram. Hətta Qarabağla bağlı suallar verdikdə cavab verməyə belə maraq göstərməmələri məndə təəssüf hissi doğurdu. Belə düşünmək olar ki, bir müddət Qarabağsız qalsaq, Allah göstərməsin, demək o yurd eşqini itirmiş olacağıq...

Sözsüz ki, bu fikri heç hamıya şamil etmirəm. Çünki sosial şəbəkələrdə dostluğumda olan çoxsaylı əsilli-köklü qarabağlı olan hətta olmayan gənclər var. Onların bir çoxlarının fikirləri məni yuxarıda söylədiklərimin  real olmayacağına ümidimi artırır…...

Odur ki, işğal altında olan ərazilərimizlə bağlı bütün məqamları yaşatmalı təbliğ etməliyik. Bu yazıda da məqsəd məhz bəzən bizə xırda görünən, amma özündə mənəvi dəyərləri daşıyan ənənələrə toxunmaq istərdim...

Daim yeniliklərlə yaşamağa vərdiş edən Ağdam əhalisinin bütün cəhətləriylə yanaşı yaddaqalan maraqlı məqamları da çox idi. Onlardan biri küçələrin sayılan sakinlərinin adıyla çəkilməsiydi. Qeyd edim ki, şəhərin əlli iki küçəsi beş yaşayış sahəsi varıydı.

Şəhərdə görüş yeri təyin edərkən daha çoxTələtin aptekı yaLauranın məktəbinin yanına təyin etmək norma kimi qəbul edilmişdi. “Aydının univermağı”,  Tağının kitab mağazası digər adını unutduğum söz birləşmələri sakinlərin dilinə elə asanlıqla düşməmişdi. İlk tələb olunan şərt şəxslərin uzun müddət bir yerdə işləməsi idi. Ancaq bu müddət ərzində onların fəaliyyəti həm nəzərə çarpmalı sakinlər arasında hörmət-izzət qazanmalı, xüsusən xeyirxahlığı ilə seçilməliydilər...

Ağdamın tanınmış simalarından olan uzun illər əczaçılıq  sahəsində rəhbər vəzifələrdə çalışmış Tələt Əliyev məlum hadisələrdən sonra Ağdamdakı apteki Bakıya Dəmiryol İdarəsinin yanına  köçürmüşdü. Maraqlıdır ki, uzun illər ağdamlılar o səmtə bir vaxtlar Ağdamda olduğu kimiTələtin aptekinin yanı deyərdilər...

Xatırladım ki, əslən Quzanlı kəndindən olan Tələt Əliyev Bakıda ali hüquq tibb təhsili almışdı. Atası Süleyman kişinin Quzanlı kəndində adsız təpədə olan ikimərtəbəli mənzilinin birinci mərtəbəsində apteki var idi. Mənzilin birinci mərtəbəsində, həmçinin Tehranda tibbi təhsil almış əmisi Mirzə Saleh  Axundov təbabətlə məşğul olurdu...

Qayıdaq Ağdama, bir nömrəli məktəbin yanına, məhz həmin aptekin yerləşdiyi ünvana...

Öncə onu deyim ki, məktəbin düz qarşı tərəfində sıra dükanlar var idi. Bu dükan sırası 50-ci illərin əvvəllərində inşa edilmişdi. Ötən əsrin səksəninci illərində isə aptek yanında olan təsərrüfat mallar mağazasında ciddi yanğın baş verdi. Nəticədə hər iki obyekt fəaliyyətini müvəqqəti olaraq dayandırmalı oldu. Belə qərara gəlindi ki, bu sırada olan dükanlar sökülsün bununla da məktəbin qarşı tərəfi açılsın. Həmin vaxtPionerbağında yaşlı ağacların budanması həyata keçirildi.  Yanğın baş vermiş ərazidə üzüNizaminin univermağısəmtinə yeni ikimərtəbəli aptekin tikintisinə start verildi. Layihə Səhiyyə Nazirliyinin sifarişi ilə hazırlanmışdı. Tikiləcək aptek binasında həm Ağdam rayon Mərkəzi Apteklər İdarəsi, həmdə 237 saylı aptek fəaliyyət göstərməliydi.

Paralel olaraq ərazidə söküntü işləri aparıldı burada yaşıllıq zolağı salındı. Söküntü aparılan ərazidə bir nömrəlinin girişinə uyğun şəkildəarkalar quraşdırıldı. “Pionerparkında ətraf ərazilərdə aparılan abadlıq yenidənqurma işlərinin layihə müəllifi həmin illərdə rayonun baş memarı işləyən Naiq Səmədov idi. Məhz Naiq Səmədovun fərdi layihəsi əsasındaPioner parkının baş tərəfində, “Gopanınçayxanasının yerindəsu-dondurma satışı mərkəziinşa edildi. Künbəzə bənzər üç hissə bir-birinə çox ustalıqla birləşdirilmişdi. “Pioner parkının baş tərəfində isə üç hissədən ibarət monument  quraşdırıldı. Park demək olar ki, əsaslı şəkildə yenidən quruldu. Ancaq bir nömrəli məktəbin qarşısında isəQastronomBəhlulun qızıl dükanısaxlanıldı...

Lauranın məktəbiadlandırılan Ağdam bir saylı yeddillik  musiqi məktəbi  V.İ. Lenin prospektinin Maksim Qorki küçəsi ilə kəsişməsində yerləşirdi. Musiqi məktəbinin binasında təxminən on beşə yaxın sinif otağı var idi. Binanın vaxt tikilməsi məlum olmasa da musiqi məktəbi üçün uyğunlaşdırılmışdı. Məktəbə yaxın isə uşaq bağçasının həyətiydi. Vaxtiylə maarif şöbəsi məhz həmin bağçanın yerində fəaliyyətdə idi. Xatırladım ki, musiqi məktəbinə ilk olaraq Cəlal Əliyev, sonra Cəlal Bağırov rəhbərlik edib. Cəlal Bağırov ailəlikcə avtomobil qəzasında faciəli şəkildə həlak olduqdan sonra  məktəbə rəhbərlik Laura Ağayevaya tapşırılır. 

Bu istiqamətdə apardığımz araşdırmalardan belə məlum oldu ki, şəxslərin adlarıyla çəkilən dükan, məktəb küçələr  o qədər çox deyil idi. Maraqlıdır ki, bu gündə şəhər haqqında danışılanda həmin şəxslərin  adları xüsusi rəğbət hissi ilə çəkilir. Demək yuxarıda qeyd etdiyim şərtlər bu gün qüvvədədir...  

 





22.09.2014    çap et  çap et