525.Az

II Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qalibləri mükafatlandırıldı


 

II Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qalibləri mükafatlandırıldı <b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Ankarada yerləşən Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi II Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin birinci mərhələsi (Azərbaycan üzrə) başa çatıb.

525.az-ın məlumatına görə, ötən cümə qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Qeyd edək ki, ötən ay tanınmış yazıçı və ədəbiyyatşünaslardan ibarət altı nəfərlik münsiflər heyəti 10 ballıq sistemlə müsabiqəyə təqdim olunan hekayələri qiymətləndirib qalibləri müəyyən etmişdi. 

Beləliklə, noyabrın 9-da münsiflər heyətinin sədri Rəşad Məcid qalibləri diplomlarla təltif edib: Birinci yer – Əjdər Ol - «Qəzənfər müəllimgilin Şuşaya yürüşü»; ikinci yer – Pərvin – «Çarəsiz yalan»; üçüncü yer – Varis - «Mariya Selesta ekipajının məhvi».
 
R.Məcid bildirib ki, birinci yeri qazanan hekayə müsabiqənin növbəti mərhələsinə buraxılacaq. Eyni zamanda hər üç hekayə türkcəyə çevrilərək Ankarada kitab halında nəşr olunacaq.

 





12.11.2012    çap et  çap et