525.Az

Hərbi sahəyə böyük diqqət və qayğı yüksək əməli nəticələr verir


 

Hərbi sahəyə böyük diqqət və qayğı yüksək əməli nəticələr verir<b style="color:red"></b>

Azərbaycanda son dövrlərdə Silahlı Qüvvələr sistemində aparılan islahatlar bütün dünyada maraqla qarşılanmaqla yanaşı bədnam qonşumuz Ermənistanın narahatçılığına səbəb olub.

Silahlı Qüvvələrdə həyata keçirilən kadr islahatları çərçivəsində mülki şəxslərin müəyyən işlərə cəlb olunması nəticəsində hərbçilərin tamamilə öz peşələri ilə məşğul olmasına müsbət təsir etmişdir. Həmçinin Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçılar üçün müxtəlif ixtisaslar üzrə kursların təşkil edilməsi, vətəndaşlara elektron xidmət göstərilməsi (Çağırışçılara müddətli həqiqi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların verilməsi, SHXÇDX- həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin sənədlərin qəbulu, Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin sənədlərin qəbulu, itirilmiş hərbi bilet ya təhkimetmə vəsiqələrinin əvəzinə yenisinin verilməsi üçün müraciətin sənədlərin qəbulu, SHXÇDX-dən arxiv arayışlarının verilməsi üçün müraciətin sənədlərin qəbulu) hərbi sahədə aparılan islahatların nəticəsidir. Qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana uyğun olaraq sentyabrın 13-dən başlayaraq Silahlı Qüvvələrin bütün qoşun növlərinin iştirakı ilə mərhələli qaydada irimiqyaslı əməliyyat-taktiki, komanda-qərargah təlimləri keçirildi. Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələrinin təlimlərə cəlb edilməsi böyük əks səda yaratdı. 

Təlimlər
zamanı 10.000 nəfərədək ehtiyatda olan hərbi vəzifəli şəxs toplanışa cəlb edildi onlar təlimlərdə iştirak etdilər.

Ehtiyatda
olan hərbi vəzifəlilərin toplanışa cəlb edilməsi müəyyən müddət ordudan tərxis olunmuş şəxslərin hərbi bacarıqları yoxlamaq, onların yeni silah hərbi texnika ilə tanış olmalarına imkan yaratdı. Ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə cəlb edilməsi Müdafiə Nazirliyi Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında koordinasiya edilmiş əlaqələrin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Ehtiyata buraxılmış hərbi vəzifəlilərin uçotu SHXÇDX tərəfindən dəqiqliklə aparıldı hərbi vəzifəlilər təyin olunmuş yerlərə vaxtında çatdırıldı. İrimiqyaslı təlimlər zamanı hərbi vəzifəlilərə silah hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıqla bağlı müxtəlif tədbirlər keçirilmişdir. Təlimlər bir daha göstərdi ki, istənilən vaxtda səfərbərliklə bağlı vəziyyət yaranarsa Müdafiə Nazirliyi SHXÇDX bütün işləri vaxtında həyata keçirməyə qadirdir.  Təlimlərdə qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndəliyinin iştirak etməsi regionda böyük rezonons doğurdu. Təlimlə bağlı Azərbaycana gələn Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələrinin azərbaycanlı həmkarları ilə birgə təlimdə iştirak etməsi mühüm amillərdən biridir. Çünki NATO ölkəsi olan Türkiyə dünyanın ən güclü, professional orduya malik ölkələrindən biridir.

Qardaş
ölkənin professional, yüksək hazırlıqlı hərbçilərinin azərbaycanlı həmkarları ilə birgə təlimdə iştirak etməli onların təcrübələrini öyrənmək baxımından çox önəmlidir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodromda Azərbaycan Türkiyə HHQ-nin nümayəndələri ilə görüşündə bildirdi ki,  birgə təlim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqəti, dəstəyi sayəsində keçirilib.

Birgə təlim hər iki dövlətin xarici təhdidlərə qarşı birlikdə mübarizə aparacaqlarını əyani formada nümayiş etdirdi. Eyni zamanda iki qardaş ölkənin birgə təlimi ümumi düşmənlərimizə verilmiş mesaj kimi qiymətləndirilə bilər. Bütün siyasi arenalarda Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan edən Türkiyə, təlimdə iştirakla əməli işdə Azərbaycanla birgə olacağını dünyaya çatdırdı.

Müdafiə nazirinin nəzarəti altında keçən təlimlər zamanı cənab nazirin rəhbərliyi ilə təlim bölgəsində keçirilən müşavirədə məruzələri dinlənildi, müvafiq qeydlər edildi cənab nazir keçirilən irimiqyaslı təlimin ölkə üçün əhəmiyyətini vurğuladı. Təlimlər ordumuzun nizam-intizamının döyüş hazırlığının yüksək səviyyədə olduğunu  bir daha nümayiş etdirdi.

İrimiqyaslı təlimlər zamanı yadda qalan yeniliklərdən biri , qablaşdırılmış hazır milli yeməklərin yenilənmiş quru ərzaq dəstinin ilk nümunələrinin keçirilən təlimin şəxsi heyətinə verilməsi oldu. Son dəyişikliklərlə hərbi qulluqçularının səhra şəraitində quru ərzaq payı dəsti çeşidinin qida rasionunun enerji dəyərinin artırılması məqsədi ilə ərzaq payı normalarına 150 qr. ciyər paşteti 100 qr. qatılaşdırılmış şəkərli süd əlavə edilib quru ərzaq payının ümumi enerji dəyəri 3236 kkal-dən 4000 kkal-dək artırılıb. Hərbçilərin milli menyu ilə təmin edilməsi uğurla davam etdirilir bu əlbəttə ki, hərbi qulluqçuların təminatına müsbət təsir edir. Xatırladım ki, bir müddət öncə müdafiə nazirinin göstərişi ilə hərbi hissələrin yeməkxanalarında aşpazların, yeməkxana mətbəx işçilərinin, qabyuyanların mülki işçilərlə əvəz olundu. Bu həm görülən işlərin keyfiyyətinin artmasına, həm hərbçilərin öz təyinatları üzrə işlər görmələrini stimullaşdırdı.

Hərb quruculuğu sahəsində qazanılmış nailiyyətlərdən biri Müdafiə Sənayesi Nazirliyinin gördüyü işləri qeyd etmək lazımdır. Artıq Azərbaycan hərbi məmulatlar istehsal ixrac edən ölkələrdən birinə çevrilib. Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi "ADEX-2014" sərgisində Azərbaycan 168 adda hərbi təyinatlı məmulat nümayiş edirdi.

Bütün bunlar Azərbaycanda hərbi sahəyə göstərilən diqqətin göstəriciləridir. Cənubi Qafqazın ən güclü ordusunu formalaşdırmış Azərbaycan daim müasir hərbi texnika silahla ordunu möhkəmlədir. Milli təhlükəsizliyin təmin edilməsində vacib amillərdən biri güclü müasir silah, hərbi texnika ilə təchiz edilmiş ordunun mövcudluğudur. Mürəkkəb siyasi situasiyanın mövcud olduğu bir coğrafiyada yerləşən, ərazisinin 20 faizi düşmən tərəfindən işğal olunmuş Azərbaycan üçün ordunun döyüş hazırlığının yüksək səviyyədə olması müasir silah növləri, hərbi texnika ilə təmin edilməsi olduqca zəruridir. Bu baxımdan milli müdafiə sənayesi kompleksinin yaradılması, silah texnikanın milli istehsal olması milli məhlükəsizliyin təmin edilməsinə zəmanət verir xaricdən silah alışına görə müəyyən asılılığı aradan qaldırır.

 





23.09.2014    çap et  çap et