525.Az

"Hizbullah" "İŞİD"-ə qarşı vuruşmayacaq


 

"Hizbullah" "İŞİD"-ə qarşı vuruşmayacaq<b style="color:red"></b> Livanda fəaliyyət göstərən “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah "İŞİD"-ə qarşı aparılan əməliyyatlarda iştirak etməyəcəklərini açıqlayıb.

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, televiziya proqramlarından birində qonaq olan Həsən Nəsrullah Suriyaya kənar müdaxiləni yolverilməz hesab edib:
 
“Hamı bizim regionu təhdid edən, insanları öldürən "İŞİD" və digər təkfirçi təşkilatlara münasibətimizdən xəbərdardır. Ancaq Suriyada hakim rejimə, təkfirçi təşkilatlara qarşı kənar müdaxiləni yolverilməz hesab edirik. Bu dünyadakı terrorizmin banisi ABŞ-dır. ABŞ-ın terrora qarşı koalisiyanın başında dayanmağı qeyri-əxlaqidir”.
 





24.09.2014    çap et  çap et